Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stressin təhlükələri və ondan qorunma üsulları...
Stressin təhlükələri və ondan qorunma üsulları...

Stress, bədənin qəbul edilən hərhansı bir təhdidə qarşı reaksiyasının bir hissəsidir. Stress, hər zaman pis hiss olaraq qəbul edilməməlidir. Çünki o, sizi bəzi addımları atmağa və təhlükəli vəziyyətlərdən qaçmağa yönləndirə bilər. Ancaq həddən artıq stresin fiziki və mənəvi sağlamlığınıza böyük təsiri ola bilər. Stresin nə kimi xəstəliklərə səbəb olduğu hələ ki, məlum deyil.

Xatırladaq ki, stresin fərqli formaları mövcuddur. Beyin, nəyisə təhdid və ya təhlükə kimi qəbul etdiyi zaman adrenalin vəzilərinə sinir və hormon siqnallarının bir kombinasiyasını göndərir. Buna qarşılıq olaraq, bu vəzlər stress cavabını başladan adrenalin və kortizol kimi hormonlar istehsal edir.

Kəskin stress

Kəskin stress, qısamüddətlidir və bəzi vəziyyətlərdə meydana gəlir.

Psixoloq Ramin Hacıyevin sözlərinə görə, bu ani stresdir. Məsələn; bir yaxınınla mübahisə, baş verəcək qəzadan yayınma anı, işə gec getməyinizə səbəb olan tıxacda qalma ani stresin yaranmasına səbəb olur. Kəskin stres zamanı ürəyin atışı sürətlənir, qan təzyiqi artır, nəfəs alıb vermə sürətlənir, əzələlər gərginləşir və tərləmə başlayır. Bu əlamətlər müvəqqətidir və stres keçdiyi zaman əlamətlər də keçir.

Xroniki stress

Xroniki stress isə stress reaksiyanız uzun müddət davam edən zaman meydana gəlir. Xroniki stress; sizi həm fiziki, həm də mənəvi olaraq yora bilər. Xroniki stresə söyüşlü, davalı bir ev mühitində yaşamaq, nifrət etdiyiniz bir işdə işləmək, tez-tez maddi sıxıntılar yaşamaq xroniki hərhansı bir xəstəliyin olması səbəb ola bilər.

Kəskin streslə müqayisə edilərsə, xroniki stresin sağlamlığınıza böyük təsiri ola bilər. Xroniki stress; ürək çatışmazlığı, həzm problemləri, qayğı və depressiya, kökəlmək, yuxu problemləri, zəifləmiş immun sistem və s. xəstəliklərə yol aça bilər.

Stress və xərçəng

Stresin xərçəng yaratdığına dair bir çox teoriyalar var. Belə ki, stress reaksiyasının daimi aktivasiyası və əlaqəli hormonlara məruz qalmaq, şişlərin böyüməsinə və yayılmasına səbəb ola bilər.

İmmun sistem, xərçəng hüceyrələrini tapmaq və aradan qaldırmaq üçün önəmli ola bilər. Ancaq xroniki stress, immun sisteminizin bu vəzifələri yerinə yetirməsini çətinləşdirə bilər.

Uzun müddətli bir stress, xərçəng riskinə səbəb ola bilər və iltihablanma yarada bilər.

Stress; insanlarda siqaret çəkmək, həddən artıq spirtli içkilər içmək və ya həddən artıq yemək yemək kimi mənfi vərdişlər yarada bilər ki, bunlar da xərçəngə səbəb ola bilər.

Qeyd edək ki, stres və xərçəng mövzusunda bir çox araşdırmalar aparılıb:

  • 2013-cü ildə ABŞ -da aparılan 12 araşdırmada, iş stresinin xərçənglə əlaqəli olmadığı müəyyən edildi. Belə ki, iş stresinin prostat, ağciyər və süd vəzi xərçəngi kimi xərçəng növlərini yaratmadığı sübut edildi.
  • 2017-ci ildə isə dərs öyrənmə stresinin təsirləri araşdırıldı. 2000-dən çox dərs öyrənmə stresi nəticəsində prostat xərçənginə yoluxduğu iddia edilən kişi üzərində aparılan araşdırmada, xərçəngin iş yeri stresindən qaynaqlandığı müəyyən edildi.
  • 2016-ci ildə İngiltərədə 106 min qadın üzərində araşdırma zamanı, stresin qadınlarda süd vəzi xərçəngi riskini artırıb-artırmadığı araşdırıldı. Nəticədə streslə xərçəngi əlaqələndirən tutarlı bir sübut əldə edilmədi.

Ümumiyyətlə stresin xərçəngə səbəb olması ilə əlaqəli heç bir sübut yoxdur.

Stresi necə azaltmalı?

Psixoloq deyir ki, stresi azaltmaq üçün əvvəlcə həyatdakı öncəliklərinizi və sərhədlərinizi müəyyən edin. Sonra isə nə etməli olduğunuzu və nə gözlədiyinizi müəyyənləşdirin.

  • Sizi narahat edə biləcək yeni vəzifələrdən imtina etməyi öyrənin. Sevdiklərinizlə münasibətlərinizi inkişaf etdirmək üçün zaman ayırın.
  • Yoqa, dərin nəfəs alma və ya meditasiya kimi rahatladıcı texnikalar öyrənin.
  • Yuxunu öncəliyiniz halına gətirin.

İlahin, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »