Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb

Pakistanın Ankaradakı səfiri Məhəmməd Sirus Səccad Qazi "Üç Qardaş Təlimi" Türkiyə-Pakistan münasibətlərini, Azərbaycan və İran arasında yaşanan gərginliyi və Əfqanistanda da yaşanılan hadisələr haqqında İhlas Xəbər Agentliyinə danışıb.

Bizimyol.info xəbər verir ki, Azərbaycan, Pakistan və Türkiyənin təbii şəriklər olduğunu qeyd edən səfir bildirib ki, biz bir-birinə tarix, mədəniyyət və dil bağı olan ölkələrik. Səfirin sözlərinə görə, bizim dəyərlərimiz bir-birinə çox bənzəyir.

"Hətta hardasa bərabərdir bu dəyərlər bir-birinə. Bu halda biz təbii şəriklərik. Pakistan, Türkiyə və Azərbaycam arasında həqiqətən sağlam bir əməkdaşlıq və münasibət var. Bu əməkdaşlıq 360 dərəcədə dövr edir. Ancaq sadəcə, bir sahədə deyil. Pakistanda həm Türkiyə, həm də Azərbaycan xalqına çox dərin xoş münasibət var. "Üç Qardaş Təlimi" bu üç ölkəni bir yerdə toplamağın sadə izahıdır",- deyə səfir bildirib.

Müdafiə təlimlərindən danışan Qazi qeyd edib ki, hamımız çətin və çaxnaşmalı bir ərazidə yaşayırıq. Bu halda, ölkələrin bir-birindən öyrənməyi və bir-birlərinin güclərinə töhfə verməsi çox yaxşıdır. Bu təlim bundan ibarətdir. Bunun kimi bir çox əməkdaşlıqlar olacaq. Karaçidən gələn yük maşını İstabula çatıb. Bu da üç ölkə arasındakı potensial ehtimalların ifadə üsullarından sadəcə biridir.

"İran bölgə üçün lazımlı bir yerdir"

Azərbaycan və İran arasında olan gərginlik haqqında danışan səfir vurğulayıb ki, Pakistan həm Azərbaycan, həm də İranla yaxşı münasibətdədir. Belə ki, Pakistanın İranla da dərin tarixi, dini və mədəni münasibətləri var.

"Karaçidən gələn və İrandan keçən yük maşını bizim münasibətlərimiz üçün dönüş nöqtəsidir. Onlar bizim İran sərhəddimizə çatdı, 4 yük maşını var idi. Bunlardan ikisi Azərbaycana, ikisi də Türkiyəyə getdi. İşimiz burada hər iki ölkə üçün qazandırmaqdır. Bizim hər iki ölkə ilə yaxşı münasibətlərimiz var. İranın Azərbaycanla olan münasibətinə bu iki ölkənin qərar verməsi, nizamlaması və qaydasına qoyması lazımdır. Bizim baxışımıza görə, İran bölgə üçün lazımlı ölkədir. Bununla yanaşı, İran bizim üçün önəmli qonşudur",- səfir bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »