Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müxtəlif xəstəliklər zamanı insanlardan müxtəlif qoxular gəlir"
"Müxtəlif xəstəliklər zamanı insanlardan müxtəlif qoxular gəlir"

Onkoloji xəstəliklərdən əziyyət çəkən insanların xüsusi qoxusu olur.

Bizimyol.info xəbər verir ki, bu barədə həkim-dermatoloq-kosmetoloq İrina Skoroqudaeva Rosiya1 telekanlında "Ən önəmlisi" proqramında danışıb. Onun sözlərinə görə xərçəng xəstəliyi zamanı insan bədəni, xüsusi qoxu yaymağa başlayır. Təhlükəli xəstəlik zamanı xəstədən həddən artıq tər və çürümüş ət qoxusu gəlir. Mütəxəssis, şişlə mübarizə zamanı bədəndə şiş nekroz faktorunun əmələ gəldiyini qeyd edib. Bundan əlavə, bədən istiliyinin artması xərçəngə xas xüsusiyyətdir. Göstəricilərin yüksək dəyərlərə çatmamasına baxmayaraq, bir insanda belə bir vəziyyət uzun müddət davam edə bilər.

Həkim onu da bildirib ki, qaraciyər və ya böyrək xəstəliyi olan xəstələrdən isə, ammonyak qoxusu gəlir. Maddələr mübadiləsi pozulursa, dəri də turş pendir qoxusu verir.

Amerikalı elm adamları, mənzillərdə və ofislərdə xərçəng və ya sonsuzluğun inkişafına səbəb ola biləcək təhlükəli kimyəvi maddələrin havada ola biləcəyini də müəyyən ediblər.

Kosmetoloq Nurlana Əhmədovanın sözlərinə görə, dəri bütün xəstəlikləri özündə müxtəlif formalarda hiss etdirə bilir. Bəzən qızartılar və şişkinliklər, bəzən qoxu, bəzən yaralarla insan orqanizmində olan xəstəliklər özünü göstərə bilər: "Bəli, xərçəng xəstəliyinin son həddində olan şəxslərdən çürük ət qoxusu, qaraciyər xəstələrindən ammonyak, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərdən turşumuş pendir və ürək xəstəliyindən əziyyət çəkənlərdən qan qoxusu gəlir. Müxtəlif xəstəliklər zamanı müxtəlif qoxular gəlir. Yəni, sağlam insan qoxmaz. Bəzən qadınlardan və kişilərdən dəhşətli şəkildə yemək qoxusuna bənzər tər qoxusu gəlir. Bu qoxular yuyunmaqla keçmirsə, həmin şəxslər müayinələrdən keçməli və xəstəliyini öyrənməlidir".

Kosmetoloq qeyd edib ki, virus hepatitləri zamanı dəridə göy ləkələr, qızartılar, yaralar əmələ gəlir. Əllərdə-ayaqların dərisində çatlama yaranırsa və dəri soyulursa, bu xəstə duz, yel və s. xəstəliklərin olduğunu göstərir.

"Dəridə səpkilər yaranırsa, bu allergiya, qan xəstəlikləri, vaskulyar səbəblər və infeksiya əlaməti ola bilər. Ümumiyyətlə, dərinizdə uzun müddət keçməyən hərhansı bir problem yaranıbsa, həkimə müraciət etmək lazımdır. Kosmetoloq dəri problemini aradan qaldıra bilər, amma dəridəki problemlər başqa xəstəlikərdən qaynaqlanırsa, bu zaman kosmetoloq müalicəsi nəticə verməyə bilər".

Həqiqətən də, bəzən ictimai nəqliyyatda, iş yerində və ya ofisdə birindən qarşısı alınmaz pis qoxunun gəldiyini hiss edərik. Bundan narahat olsaq da, çox zaman dilə gətirməsək də, ürəyimizdə bu insanları təmizliklərinə fikir vermədikləri üçün qınayarıq da. Amma həkimlər iddia edir ki, qoxu daha dəhşətli xəstəliklərin əlaməti imiş. Yəni, bu heç də hər zaman təmizliklə əlaqəli məsələ deyilmiş.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »