Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
"Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar

"Qarşımdan qara pişik keçdi, günüm yaxşı keçməyəcək", "Çox güldüm, ağlayacağam", "Sağ əlim qaşınır, pul gələcək - sol əlim qaşınır pul gedəcək", "Sağ gözüm səyirir, xoş xəbər alacağam - sol gözüm səyirir pis nəsə olacaq", "Evdə qədim əşya saxlamaq bədbəxtlik gətirir", "Ölən adamın geyimini geyməzlər", "Gecə saç daramaq, güzgüyə baxmaq olmaz" və s. və. ilaxır. Yəqin ki, hamınız bu batil inanclarla tanışsınız. Bəzən gününü bu inanclarla planlayanlar olur.

Birini də mən sizə deyim, qədim rus inanclara görə, evdə boş banka saxlamaq olmazmış. Çünki boş bankalar evə bədbəxtlik gətirib evdəki ruzi-bərəkəti aparırmış. Belə ki, boş bankalar mənasızlıq və boşluğu özündə əks etdirirmiş. Evində boş banka saxlayan insanlar zəif olur, gücünü-enerjisini itirir və həyatları boyu neqativ enerjilərlə uğraşırlar.

Eyni zamanda boş banka kasıblığı simvolizə edir. Boş bankaları evdə saxlamaq təhlükəli hesab edilir. Evində boş banka saxlayan şəxslər hər zaman pul çatışmazlığı və digər ciddi maliyyə problemləri yaşayırlar.

Bankada çat və sınıq varsa bu daha təhlükəli əlamət hesab edilir. Belə evlərdə daima dava-dalaş olur, heç bir zaman sakitlik müşahidə edilmir. Bununla yanaşı, evdə bankalara yığılan toz da insanlara zərər verirmiş. Belə bankaları atmaq istəmirsinizsə, onların qapağını bağlayıb, çardaqda və yaxud zirzəmidə saxlamaq lazımdır ki, zərər verməsin.

Psixoloq Elnarə Məmmədovanın sözlərinə görə, bu fikirlərə xalq arasında yaranmış batil inanclardır: "Evdə qadınlar boş-bekar olur. Sıxıntılar, stresləri olduğu zaman bunu müxtəlif inanclara tökürlər. Kasıbçılığı boş banka, bədəbəxtliyi gecə güzgüyə baxmaqda görürlər. Əslində bu da yaşanılmış neqativ hekayələrin nəticəsidir. Həmin insnalar o qədər mənfi hekayələr yaşayıb ki, artıq hər şeyə şübhə ilə yanaşırlar".

Psixoloq qeyd edir ki, ümumiyyətlə insan inancı elədir ki, nəyi sınayırsa, o, gerçəkləşə bilər. Çünki insanlar düşüncələri ilə həyatlarını formalaşdırırlar.

Bir sözü nə qədər çox təkrar etsən o baş verir, nədən çox qorxsan onu yaşayırsan. Çünki insan düşüncələrindən ibarətdir: "Bəlkə bunu mən sizə daha aydın izah edə bilmirəm. İnsan düşüncəsi, insan enerjisi düşüncələrini reallaşdırmaq gücünə qadirdir. Məsələn; bir şeyi yaşamaqdan qorxursunuz, gecə-gündüz həmin hadisəni yaşamamaq üçün dua edirsiniz və o hadisəni yaşayırsınız. Bu zaman çoxu deyir ki, "qorxduğum başıma gəldi". Həyatda nəyisə yaşamaq istəmirsənsə, onun haqqında düşünməməlisən. Bir pasiyentim vardı. Sevib ailə həyatı qurmuşdu. Bu qadın gördüyü yuxulara inanırdı. Ailə həyatı qurduqdan bir neçə il sonra boşanan qadın mənə müraciət etmişdi. O danışırdı ki, nişanlılıq dönəmində yuxuda görüb ki, gəlinlik paltarında güzgüyə baxır, bu zaman güzgü qaralır və dağılıb tökülür. Qadın bu yuxudan sonra xoşbəxt olmayacağını düşünüb hər zaman. Toy günü isə, özündən asılı olmayaraq ağladığı üçün bunu da bədbəxt olacağı ilə əlaqələndirib. Sonra ailə həyatı qurub və bir oğlu dünyaya gəlib. Qadın danışır ki, oğlunu qucağına alanda düşünüb ki, "əgər Allah ona oğlan övladı veribsə, bu bir işarədir, onun ailəsi dağılacaq". Və beləcə qadın bir neçə il sonra həyat yoldaşından ayrılıb. Beləcə, qadını bütün həyatı boyu düşüncələri idarə edib. Nəyi düşünübsə, həmin düşüncələri özünə çəkib.

Xoşbəxt ola bilmək üçün sadəcə batil inanclara önəm verməmək, gördüyünüz yuxuları mənalandırmamaq lazımdır. Niyə həyatı öz axarına buraxmırsınız ki? Bu zaman daha xoşbəxt ola bilərsiniz".

Psixoloq vurğulayıb ki, batil inanclara inanmamaq və sınamamaq çox önəmlidir. Qarşınızdan qara pişik keçdiyi zaman onun da bir canlı olduğunu düşünüb gülümsəyin, gecə güzgüyə baxıb gözəl olduğunuzu ağlınızdan keçirin. Əlinizdə və ya ayağınızda qaşıntı varsa, bu hansısa dermatoloji və ya nevroloji xəstəliyin əlaməti ola bilər. Belə problemlər yaaşdığınız zaman həkimə müraciət edin.

Qısacası, xoşbəxt olmaq üçün xoşbəxtliyi düşünün.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »