Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya Kansleri Merkel Türkiyəyə vida görüşünə gəlib - Video
Almaniya Kansleri Merkel Türkiyəyə vida görüşünə gəlib - Video

Almaniya Kansleri Angela Merkel Türkiyəyə səfər edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Kısıklıdakı evindən Tarabyadakı Huber sarayına gəlib. Daha sonra Almaniya Kansleri Angela Merkel də vəzifəsindən ayrılmaq öncəsi səfərləri cərcivəsində Prezident Ərdoğanla görüşmək üçün həmin iqamətgaha gəlib. Prezident Ərdoğanla Almaniya Kansleri Merkel arasında görüş davam edir.

Görüşdən əvvəl Ərdoğan və Merkel malikanənin eyvanına çıxaraq Boğazı seyr etdilər. Prezident Ərdoğanın Merkelə Boğaz haqqında məlumat verib. Sahildə jurnalistləri və vətəndaşları əl yelləyərək salamlayan Ərdoğan və Merkel səmimi söhbətdən sonra yenidən malikanəyə daxil oldular.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »