Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Metro-City” ətrafında yanğın söndürülüb - Video
“Metro-City” ətrafında yanğın söndürülüb - Video

Məlumat verildiyimiz kimi, bü gün səhər saatlarında “Metro-City” ticarət mərkəzində yanğın olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Belə ki, saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.

Əlavə məlumat veriləcək.

Hazırda yanğın söndürülüb, soyutma-kəfiyyat işləri aparılır.

Son xəbərlər
Bütün xəbərlər »