Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili həkimlərin onu müayinə etməsinə razılıq verib
Saakaşvili həkimlərin onu müayinə etməsinə razılıq verib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze keçmiş prezidentlə görüşdən sonra, həkimlərin onun müayinə və müalicə etməsinə razılıq verdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "sputnik georgia" məlumat verib.

Bildirilir ki, Tiflisdə həbs edildikdən dərhal sonra iki cinayət işi üzrə Rustavi həbsxanasında cəza çəkəkən Saakaşvili aclıq aksiyasının 15 -ci günündədir.

"Vəziyyətinin pis olacağını gözləyirdim, amma o, güclü bədənə sahibdir və gözlədiyimdən daha yaxşıdır. Saakaşvili müayinə, testlər və dərmanlar qəbul etməyə açlığı dayandırmamaq şərti ilə razılıq verdi. Əhvalı güksək səviyyədə şəndir. Mənə heç bir halda aclığı dayandırmayacağını və sona qədər mübarizə aparacağını söylədi", -deyə Kipşidze bildirib.

Qeyd edək ki, iki cinayət - Sandro Girgvlianinin öldürülməsi və deputat Valeri Gelaşvilinin döyülməsi ittihamı ilə oktyabrın 1 -də həbs edilərək ümumilikdə 6 il həbs cəzası alan Mixail bundan əlavə, 7 noyabr 2007 -ci il müxalifətin mitinqinin dağıdılması, İmedi telekanalına qarşı törədilən hadisə və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərinə də məhkəmədə baxılır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »