Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
95 yaşlı kraliça spirtli içkilərdən imtina edib
95 yaşlı kraliça spirtli içkilərdən imtina edib

Bu il 95 yaşını qeyd edən Böyük Britaniya kraliçası II Yelizaveta spirtdən tamamilə imtina etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, The Daily Telegraph-ın internet saytında verdiyi məlumata görə, kraliça həkimlərin tövsiyəsi və taxta çıxmasının platin ildönümünü ən yaxşı formada qarşılamaq üçün bu addımı atmağa məcbur olub.

Nəşr saraydakı məlumatlı mənbələrə istinadən yazır ki, tibbi məsləhətlər xəstəliklə əlaqədar deyil. Həkimlər sadəcə "ehtiyat tədbiri olaraq" onun içkidən uzaq olmasını tövsiyə ediblər, son qərarı isə Əlahəzrət özü verib.

"Qarşıdan gələn yay hökmdarlığının 70-ci ilini gümrah və yaxşı görünməsindən zövq almaq üçün o bu qərara gəlub. Bunun üçün də bu yaxınlarda həkimlər alkoqoldan imtina etməsinin ona kömək olacağını söyləyiblər. Kraliça da bununla razılaşıb", - deyə mənbə bildirib.

İngilis mətbuatının yazdığına görə, II Yelizaveta içkiyə heç zaman meyilli olmayıb. O, bəzən axşamlar bir qədəh spirtli içki və nahar vaxtı az miqdarda martini qəbul edib. Ümumiyyətlə şəraba laqeyd olan Əlahəzrətin şampan içməyi sevmədiyi də məlumdur və bu içkinin verildiyi dövlət ziyafətlərində yalnız içki içirmiş kimi davranmağa məcbur olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »