Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur

Taliban hərəkatının sözçüsü Zabiullah Mücahid Əfqanıstanın bu gün məsciddə baş verən partlayışı qınayıb və ən qısa cinayətkarın tapılaraq zamanda cəzalandırılacağını deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli mətbuat məlumat verib.

Partlayış bu gün günorta saatlatında Əfqanıstanın Qəndəhar əyalətində şiə məscidində baş verib. Verilən məlumatda bildirilir ki, partlayış üç kamikadze tərəfindən törədilib. Başqa bir silahlı şəxs isə məscidin binasını atəşə tutub. İlkim məlumata görə, 30-dan çox adam öldü, 70-ə yaxın yaralanan var.

"İslam Əmirliyi Qəndəhardakı məsciddə mülki əhaliyə qarşı yönəlmiş silahlı hücum və partlayış aktını pisləyir. Bunu teror aktı hesab edir və təhlükəsizlik qüvvələrinə bu hadisəni törədənləri tutaraq məsuliyyətə cəlb etməyi əmr edirik", - deyə Mücahid Twitter -də yazaraq qurbanlarının ailələrinə başsağlığı verib .

Məsciddəki partlayışı Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai də pisləyib. O, bunu insanlığa qarşı cinayət və Əfqanıstanda sülhə və sabitliyə qarşı sui-qəsd adlandırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »