Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın cinayət ortağı ifşa olundu
Ermənistanın cinayət ortağı ifşa olundu

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanla və İranla bağlı  açıq və sərt danışdı. Dedi ki, Azərbaycan öz ərazilərinə nəzarəti bərpa edəndən sonra dünyanın bir çox ölkələrindən minlərlə siyasətçi, diplomat, jurnalist oradakı yaşayış məntəqələrinin daşının daş üstündə qalmadığını gördülər. Prezident dedi ki, işğal olunmuş Füzuli və Ağdam şəhərləri və rayonları 100 faiz dağıdılıb. Cəbrayılda cəmi 2 bina saxlanılıb, orada da işğalçı Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları yerləşdirilib. Eyni şey Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər rayonlarında da baş verib.

Prezident dedi ki, həmin şəhər və rayonlarda evlərin kərpicləri də sökülüb, Ermənistanda və İranda satılıb. Bölgədəki 60 min hektara yaxın meşə kəsilib, Ermənidtanda və İranda satılıb. Şuşada 17 məsciddən 16-sı dağıdılıb. Biri də guya tolerantlıq göstərgəsi kimi saxlanılıb, İran “mütəxəssis”ləri cəlb etməklə restavrasiya olunub ki, Persiya məscidi kimi təqdim olunsun. Azərbaycan İranla 130 kilometrlik dövlət sərhədini Ermənistanın işğalından azad etdikdən sonra İran-Azərbaycan sərhədinin başqa sahələrində İrandan gətirilən, Azərbaycan hüquq-mühafizə orqanlarının ələ keçirdiyi heroinin miqdarı iki dəfə (!) artıb. 30 ilə yaxın müddətdə İran Ermənistanla birlikdə Avropaya narkotrafiki həyata keçirib. Cəbrayıl rayonundan keçməklə Avropaya çatdırılan marşrut məlum olub. Və sair və ilaxır.

Bu faktlardan görünür ki, Azərbaycan 44 günlük müharibə dövründə və ondan sonra İranı Ermənistanla birlikdə cinayət başında yaxalayıb. Bu, nə deməkdir? O deməkdir ki, Ermənistan həmin əraziləri, xüsusilə, İranla həmsərhəd olan rayonları heç də təsadüfən və təkbaşına işğal etməyibmiş. 44 günlük müharibənin ortasında – Azərbaycan ordusu Cəbrayılı azad etmək üçün əməliyyatlar apararkən İran öz ordu bölmələrini Azərbaycan ərazisinə, məhz Cəbrayıla elə-belə yeritməmişdi (Azərbaycanın ciddi etirazından sonra İranın Azərbaycandakı səfirliyinin hərbi atteşesi Cəbrayıla aparılıb, o, İran qoşunlarına Azərbaycan torpaqlarından çıxmaq əmri verib). Bunlar konkret və təkzibolunmaz faktlardır.

O deməkdir ki, Azərbaycan Prezidenti təkcə Ermənistanı deyil, İranı da beynəlxalq məhkəməyə verə bilər. Bu, İranın Azərbaycana qarşı səngimək əvəzinə getdikcə artan təzyiq cəhdlərinə əsaslı və tutarlı cavab sayıla bilər. Prezident Əliyev: “Ermənistan İranla sövdələşərək Avropaya narkotik ötürüb” sözlərini dedi və bu, çox ciddi ittihamlardır.

Görünür ki, bu ərəfədə Azərbaycanın xarici işlər naziri Ceymun Bayramov da İranlı həmkarı Abdollahianla telefonla danışanda bu faktların hamısını onun üzünə oxuyub. Tehran bu məsələlərin MDB Dövlət Başçıları Şurasında və başqa platformalarda dilə gətirilməsindən çox narahatlıq keçirir. Buna görə Qarabağda Rusiya “sülhməramlı” kontingentinin məsuliyyət ərazisində Ermənistanın dəstəklədiyi silahlı dəstələr Azərbaycana qarşı təxribatları artırıblar. Çünki bölgə Azərbaycanın nəzarətinə keçdikcə, İranın Ermənistan ərazisindən narkotrafik imkanları da daralıb və tamamilə aradan qalxa biləcək.

Bu çıxışdan sonra Tehran öz əvvəlki davranışlarından imtina edəcək, yoxsa əvvəlki (yaxud artan) templə öz pressinq cəhdini davam etdirəcək?! Bunu yaxın zamanlarda görəcəyik.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »