Həbsdə olan sabiq səfir Eldar Həsənov xəstəxanaya yerləşdirilib.
Bizimyol.info xəbər verir ki, bu barədə E.Həsənovun vəkili Valeh Mehraliyev bildirib.
Vəkil bildirib ki, müvəkkilinin son 20 gündə səhhəti kəskin pisləşib, mövcud olan vertiqo, hipertoniya digər xroniki xəstəlikləri irəliləyib: "Eldar Həsənov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb".