Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünyada 800 milyon insan aclıq çəkir"
"Dünyada 800 milyon insan aclıq çəkir"

BMT-nin Baş katibi Antonio Quttereş, 15 oktyabr Ümumdünya Qida Gününə dair müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Dünya Qida Günü, planetdəki hər bir insan üçün qidanın əhəmiyyətini xatırlatmaqla yanaşı, dünyada ərzaq təhlükəsizliyinə nail olmaq üçün hərəkətə çağırışdır. Bu gün bəşəriyyətin təxminən 40 faizi – üç milyard insan sağlam qidalana bilmir.

"Aclıq artmaqdadır. Yetərsiz qidalanma və çəki artımı da eynilə çoxalıb. COVID-19-un iqtisadi təsirləri vəziyyəti daha da pisləşdirib. Pandemiyaya görə daha 140 milyon insan ehtiyac duyduğu qidanı əldə edə bilmir. Eyni zamanda, qidanı istehsal, istehlak və israf etmə tərzimiz planetimizə ağır zərbə vurur" - deyən baş katib A.Quttereş əlavə edib ki, bunun təbii sərvətlərimiz, iqlimimiz və təbii mühitimizə göstərdiyi tarixi təzyiq, bizə hər il trilyonlarla dollara başa gəlir. Onun sözlərinə görə, bu ilin mövzusundan da aydın olduğu kimi, bunları dəyişmək öz əlimizdədir.

"Hərəkətlərimiz, gələcəyimizdir"

"Ötən ay dünya, BMT-nin Qida Sistemləri Zirvəsində bir araya gəldi. Ölkələr qida sistemlərini dəyişdirmək üçün cəsarətli öhdəliklər götürdülər. Sağlam qidalanmanı daha əlverişli və əlçatan etmək üçün. Qida sistemlərini istehsal və emaldan marketinqə, daşınma və çatdırılmaya kimi hər addımda daha səmərəli, davamlı və dayanıqlı etmək üçün. Hamımız qidanı necə istehlak edəcəyimizi dəyişə və daha sağlam seçimlər edə bilərik - özümüz və planetimiz üçün. Qida sistemlərimiz üçün hələ də ümid var" - deyə baş katib vurğulayıb.

Antonio Quttereş, builki Dünya Qida Günündə hər bir insan üçün daha yaxşı bəslənmə, mühit və həyatı təmin edən qida sistemləri vasitəsi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün dəyişikliyə aparan addımlar atmaq öhdəliyini götürməyi tövsiyyə edib.

Qida eksperti Samir Quliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, həqiqətən bu gün dünyanın bir çox ölkələrində qida çatışmazlığı və aclıq müşahidə edilir.

"Dünya əhalisinin 11 faizi yəni 800 milyon əhali aclıq çəkir. Bu insanların 98 faizi, inkişaf etməkdə olan ölkələrdə yaşayır. Statistikaya görə deyə bilərəm ki, dünyada aclıq çəkən hər 5 nəfərdən 3-ü qadındır. Yəni, qadınlar daha çox aclıq çəkir. Bəzi ölkələrdə qadınlar, evdə hər kəs qidalandıqdan sonra qidalanır. Hər il 6 milyon uşaq, aclıqdan dünyasını dəyişir" - deyən ekspert bildirib ki,  hər il bütün dünya əhalisinə çatacaq qədər qida istehsal edilir. Amma təəssüf ki, bu qidaların müəyyən hissəsi israf edilir.

S.Quliyev bildirib ki, dünyada aclığı və qida çatışmazlığını aradan qaldırmaq, qida təhlükəsizliyini təmin etmək üçün bütün dünya ölkələri hərəkətə keçməlidir.

Dünyanın 40 faizi təhlükəsiz qidalana bilmir. Və pandemiya bu rəqəmi 140 milyon daha artırıb. Bəşəriyyət üçün bu böyük rəqəmdir. Bəli çoxumuz şablon cümlələrdən, ifadələrdən istifadə edib, yardımlaşaq, qida təhlükəsizliyini aradan qaldıraq deyirik. Amma təəsüüf ki, bu deyimlər sadəcə söz üzərində qalır, əməllərə görülmür. Nə qədər ki, təkcə qida təhlükəsizliyi deyil, digər məsələlər üçün də insanlar birlik nümayiş etdirməyəcək, qida təhlükəsziliyi və aclıq problemi davam edəcək.

Nəzərə alaq ki, dünyanın aclıq çəkən ölkələri ilə yanaşı inkişaf etmiş və qidanı israf edən ölkələri də var. Bəs hanı yardımlaşma? Bu çağırışlar, bütün inkişaf etmiş və zəngin ölkələr tərəfindən qəbul edilməlidir. Əks halda, məişət tullantıları üçün nəzərədə tutulmuş qabları ərzaq üçün axtaran, aclıqdan ölən, qida tapa bilməyən və təhlükəsiz qidalanmayan vətəndaşları olan ölkələrin sayı arta bilər. Bəşəriyyətin 40 faizinin sağlam qidalana bilməməsi bir "SOS" siqnalı olmalıdır.

Bizimyol.info, Ümumdünya Qida günü ilə bağlı BMT-nin Baş katibinin müraciət videosunu təqdim edir:

İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »