Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu

ABŞ-ın Hamtramk şəhər sakininin lotereyada udması ilə bağlı yuxusu çin çıxıb. O, oyanan kimi bilet almaq qərarına gəlib. Beləcə, amerikalı milyonçu olub.

Bizimyol.info xəbər verir ki, Miçiqan ştatından yaşayan 32 yaşlı şəxs mərc oyunlarına marağın xeyrini görüb. Onun lotereya biletinə 1 milyon dollar uduş düşüb. Hamtramk şəhər sakini deyib ki, bu günü çoxdan gözləyirmiş. Həyat yoldaşı mərc oyunlarına həmişə skeptik yanaşıb. Amma ər ruhdan düşməyib. Günlərin birində yuxuda lotereyada udduğunu görüb. Bilet alandan sonra yuxu reallığa çevrilib.

Lotereya qalibi rəsmən milyonçu adını qazanıb. Amma o, uduşu hissələrlə götürmək istəməyib. Qalib ona təklif edilən birdəfəlik məbləğlə razılaşıb. Buna görə də Hamtramk sakininə 634 min dollar veriblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »