Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu ilin sonuna qədər Azərbaycanda iqtisadi aktivlik artacaq"
"Bu ilin sonuna qədər Azərbaycanda iqtisadi aktivlik artacaq"

Əkrəm Həsənov: “2022-ci ildə ölkədə investisiya yatırımlarının həcmi artırılacaq”

Dövlət Statistika Komitəsi cari ilin yanvar-sentyabr aylarında əsas kapitala yönələn vəsaitin ümumi həcminin 8,7 fazi azalaraq 9 milyard 560,2 milyon manat təşkil etməsi ilə bağlı statistik hesabat açıqlayıb. Sənəddə ötən ilin müvafiq dövründə bu göstəricinin 10 milyard 430,2 min manat həcmində olduğu əks olunub.

Hesabatda maliyyə vəsaitlərinin yatırıldığı əsas sahələrdə açıqlanıb. Bunar əsasən neft-qaz və qeyri neft-qaz sektorları, məhsul istehsalı sahələri, xidmət sahələri, yaşayış və digər obyektlərin tikintisi və inşaatı sektoru, digər vacib sahələridir. Qeyd edək ki, investisiya azalmaları bütün sahələri əhatə edib.

İnvestisiya yatırımlarının azalması ilə bağlı səbəbləri Bizimyol.info saytına şərh edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, maliyyə üzrə ekspert Əkrəm Həsənovun sözlərinə, bunun başlıca səbəbi ötən il yaşanan qlobal səhiyyə böhranı və tətbiq olunan karantin rejimidir.

Əkrəm Həsənov Əkrəm Həsənov

Bu səbəbdən də ölkədə iqtisadi aktivliyin xeyli azaldığını deyən ekspert, buna görə də ölkədə böyük kapital qoyuluşlarının həyata keçirilmədiyini qeyd edib:

“Ölkədə iqtisadi aktivlik aşağı düşdü, əhalinin gəlirləri azaldı, bir çox müəssisələr, istehsal sahələri və şirkətlər fəaliyyətini tamam dayandırdı, yaxud da işçi qüvvəsini azaltmaqla, kiçik fəaliyyət sahələrinə keçdilər. Böyük investorlar, şirkətlər, eləcə də ayrı-ayrı qurumlar maliyyə yatırımlarında maraqlı olmadılar. Bu da təkcə bizim ölkədə deyil, bütün dünyada baş verdi”.

“Bəs maliyyə yatırımlarının azalması bundan sonra da davam edəcəkmi və ya belə bir ehtimal varmı?” – sualını cavablandıran Ə.Həsənov, belə bir ehtimalın olmadığını bildirdi.

“Artıq ölkədə iqtisadi aktivlik bərpa olunmaqdadır və proses bundan sonra da davam edəcək. Hazırda investisiya yatırımlarının həcminin artdığı müşahidə olunur. Xüsusilə də, tikinti və digər xidmət sahələrində ciddi aktivlik nəzərə çarpır. Artıq cari ilin sonuna qədər və növbəti ildən Azərbaycanda iqtisadi aktivliyin və vəsait qoyuluşlarının getdikcə artacağı proqnozlaşdırılır”.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmində 9,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmində isə 8,0 faiz azalma baş verib. Halbuki, ötən dövrdə neft-qaz sektoruna yatırılmış investisiyalar 15,2 faiz artmışdı. Qeyri neft-qaz sektoruna yönəldilən vəsait isə 14,1 faiz azalmışdı.

Ekspert bu azalmanın da təbii olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, ötən il pandemiyanın birdən-birə şiddətlənəcəyini heç kim gözləmirdi:

“Məlum olduğu kimi, investisiya yatırımları əvvəlcədən planlaşdırılır. Ancaq pandemiyanın şiddətlənməsi ilə əlaqədar olaraq, ötən il neftin qiymətləri kəskin şəkildə aşağı düşdü və müəyyən passivlik baş verdi. Buna görə də cari ilin əvvəlində ölkədə investiya yatırımlarının artırılmasına o qədər ehtiyacın olmadığı qənaəti yarandı. Çünki, dünya birjalarında neft kəskin ucuzlaşmışdı. Beynəlxalq səviyyədə, eləcə də ölkəmizdə pandemiyanın nə zaman bitəcəyi və bütün proseslərin hansı formatda davam edəcəyi ilə bağlı heç bir fikir yox idi. 2021-ci ilin üçüncü rübündəyik, neft birjalarında neftin qiymətlərdə bahalaşma müşahidə olunur və hər şey yavaş-yavaş öz yerinin tutur. Artıq 2022-ci ildə bütün sahələrdə investisiya yatırımlarının həcminin artırılacağı ehtimal olunur”.

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »