Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dollar yenə rekord təzələdi
Türkiyədə dollar yenə rekord təzələdi

Türkiyə lirəsi güc itirməkdə davam edir. Qardaş ölkədə dolların məzənnəsi yenə yüksəlib. Oktyabrın 15-də səhər saatlarında ABŞ valyutası 9.22 lirə həddinə çatıb.

Bizimyol.info xəbər verir ki, Türkiyədə dollar yenə rekord təzələyib. Elə avro və funt sterlinq də güclənib. Avro 1.70, funt sterlinq 12.63-dən təklif olunur.

Türkiyə hökuməti durumla bağlı çox narahatdır. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın rəhbəri Şahap Kavcıoğlunu qəbul edib. Bundan sonra Mərkəzi Bankın bir sıra rəhbər şəxsləri istefaya göndərilib. Amma tədbirlər əks effekt verir. Lirə hər gün dəyər itirir.

Federal Ehtiyat Sisteminin (FED – Federal Reserve Board) addımlarından da çox şey asılıdır. Pərakəndə satışların, istehsal indeksinin vəziyyətinə uyğun faiz dərəcələri dəyişə bilər. Bunun isə lirəyə birbaşa təsiri var.

Türkiyədə dollar yeni həftədən 9 lirə həddini aşıb. Mütəxəssislər ABŞ valyutasının yalnız güclənəcəyini proqnozlaşdırır. Xüsusilə qış aylarında dollar qüvvətli təsir bağışlayacaq. Çünki bölgədə ciddi təbii qaz böhranı yaşanır. Avropa problemin həlli yolları üzərində baş sındırır. Köhnə qitə Rusiyadan asılı vəziyyətə düşüb. ABŞ isə slans qazına güvənə bilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »