Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saxta pulları necə fərqləndirməli...
Saxta pulları necə fərqləndirməli...

Bir gün saxta əskinaslarla qarşılaşmayacağımıza heç kim zəmanət vermir.

Kağız əskinaslarla bağlı hansısa alış-veriş prosesində, bəzi mağazalarda hərhansısa məhsul üçün böyük əskinas verdiyiniz zaman kassa içiləri pulu havaya qaldıraraq saxta olub-olmadığını müayinə edir. Belə olanda halda müəyyən qədər əskinasın həqiqiliyi bəlli olur. Bəzən isə, ya biz özümüz ya da pulu verdiyiiz şəxslər baxmadan götürüb cibimizə qoyuruq. Ya bizə verilən pul saxtadırsa?...

Saxta pulları necə fərqləndirməli?

Qeyd edək ki, əskinasın üz tərəfində yerləşdirilmiş mühafizə elementləri, su nişanı - nominalın işıqda görünən nominalı və dizaynı, nominalın gizli rəqəmi - rəngini dəyişən gizli element, işıqda görünən manat - işığa tutduqda görünən element, möcüzəli rəqəm - nominalın əsas fonuna müvafiq rəngini dəyişən nominalın rəqəmi, holoqrafik nominal (yalnız 10, 20, 50, 100) - manatlıq əskinaslarda əsas dizayn mövzusuna uyğun olan fərdi holoqramlar, arxa tərəfdə yerləşdirilmiş mühafizə elementləri, metal mühafizə sapı - əskinası göstərən metal mühafizə sapı, relyefli nominal - hissələrə ayrılmış rənglər, sehirli xətlər - nominalın əsas rənginə uyğun dəyişən zolaqlara baxaraq əskinasın saxta olmadığına əmin olmaq mümkündür. Bunun üçün sadəcə olaraq, əskinası bir qədər havaya qaldırıb baxmaq kifayət edir.

Pul qəbul edərkən çoxumuz metal mühafizə saplarına diqqət edirik. Əgər pulun üzərində bu sap yerindədirsə və aydın şəkil görünürsə, həmin pul saxta deyil.

Ümumiyyətlə;  saxta pul hazırlayan, əldə edən və ya satan şəxslər, cinayət məsuliyyətinə cəlb edilir. Hüquqi baxımdan saxta pulu əldə etmə, hazırlama və satma cinayət məsuliyyətinə səbəb olur: Bu işlə məşğul olan insanların əmlakı müsadirə edilir və 5-7 il müddətində azadlıqdan məhrum edilir.

Namiq Əliyev Namiq Əliyev

Hər il Mərkəzi Bank müxtəlif məbləğdə saxta pulu dövriyyədən çıxarır. Bankın mətbuat xidməti Namiq Əliyevin sözlərinə görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cari ilin 9 ayı ərzində 271 ədəd milli və 125 ədəd xarici valyutada saxta pul nişanı aşkar olunaraq dövriyyədən çıxarılıb: "Mövcud qanunvericiliyə uyğun olaraq; saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir. Bununla əlaqədar olaraq, saxtalaşdırılmış pul nişanları müvafiq istintaq işlərinin aparılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir və araşdırmalar yekunlaşdıqdan sonra qaytarılaraq Mərkəzi Bankda saxlanılır".

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »