Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Telman İsmayılovun ekstradisiyasını tələb edib
Rusiya Telman İsmayılovun ekstradisiyasını tələb edib

Rusiya Federasiyası Baş Prokurorluğu iş adamı Telman İsmayılovun cinayət işinin istintaqının davam etdirilməsi məqsədi Monteneqroya onun ekstradisiyası üçün sorğu göndərib.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti"nin Nazirliyin mətbuat xidmətinə istinadən məlumat verib.

"Oktyabrın 7 -də T.M.İsmayılovun istintaqının davam etdirilməsi üçün Rusiya Federasiyasına ekstradisiya edilməsi tələbi diplomatik kanallar vasitəsilə Monteneqronun Ədliyyə, İnsan və Azlıqların Hüquqları Nazirliyinə göndərilib", - deyə məlumatda bildirilir.

Bir neçə gün öncə Moskvada yerləşən Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.

İsmayılovun vəkili Marina Rusakova bildirib ki, noyabrın 12 -də Podqoritsa məhkəməsi müvəkkilinin ona siyasi sığınacaq verilməsi ilə bağlı ərizəsinə baxacaq. İş adamı oktyabrın 2 -də Podqoritsa məhkəməsi tərəfindən həbs edilib.  Yerli vəkillər bu qərardan şikayət verib.

Monteneqro Ali Məhkəməsindən verilən məlumata görə, Rusiyanın  sifarişi ilə həbs edilən İsmayılov cinayəti barədə dəlillər 40 gündən gec olmayaraq təqdim edilməlidir. Əks halda ölkənin qanunlarına görə, o sərbəst buraxılacaq.

Qeyd edək ki,  İsmayılov və qardaşı Vaqif beynəlxalq axtarışdadır. Rusiyada onlar qətl və qanunsuz silah alverində ittiham olundular və məhkəmə onların barəsində qiyabi həbs qərarı verib. İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir, cinayəti törədən Mehman Kərimov 13 il ağır rejimli koloniyada cəza çəkməyə məhkum edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »