Sosial şəbəkələrdə Qax rayonu Qaratala kənd tam orta məktəbinin acınacaqlı vəziyyətdə olması ilə bağlı videolar yayılıb.
Bizimyol.info xəbər verir ki, bu görüntüləri lentə alan və sosial şəbəkələrdə ictimailəşdirən valideynlər bildirirlər ki, sinif otaqlarının bərbad vəziyyətdə olması kənd uşaqlarının təhsil almasına maneələr yaradır.
Valideynlərin sözlərinə görə, qapısı, pəncərəsi, polu, tavanı olmayan sinif otaqlarında qışda uşaqlar soyuqdan otura bilmirlər. Məcburi getdikdə isə xəstələnib yenə dərsdən qalmalı olurlar.
Qeyd edək ki, bu məktəb 1974-cü ildən fəaliyyət göstərir. Videodan görünən mənzərə odur ki, bu kənd məktəbi fəaliyyətə verildiyi ildən etibarən unudulub.
Leyla Mirzə, Bizimyol.info
View this post on Instagram