Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Planetdə 19-cu əsrdə doğulmuş sakin qalıbmı...
Planetdə 19-cu əsrdə doğulmuş sakin qalıbmı...

Dünyada uzunömürlü olduğu rəsmi sənədlərlə təsdiqlənən ilk 100 insandan yalnız 9-u həyatdadır. Onların hamısı 20-ci əsrdə doğulub. Yəni planetdə 19-cu əsrdə dünyaya gəlmiş heç kim qalmayıb.

Bizimyol.info xəbər verir ki, yaşayan uzunömürlülərdən ən çox yaşı olan Kane Tanakadır. Yapon qadın 1903-cü il yanvarın 2-də doğulub. Tanaka bir neçə dəfə ağır xəstəliklərə yoluxub, amma hər dəfə qalib gəlib. Uzunömürlü qadında axırıncı dəfə 103 yaşında yoğun bağırsağın xərçəngi aşkar olunub. İndi qocalar evində böyük qayğı ilə əhatələnmiş Tanaka koronavirusa yoluxmamağa çalışır.

Tarixin ən uzunömürlü insanı Janna Kalman sayılır. Fransız qadın 122 il 164 gün yaşayıb. Amerikalı Sara Knauss ondan təxminən 3 il geri qalıb.

Janna Kalman o qədər çox yaşayıb ki, ölümündən əvvəl hətta Vinsent Van Qoqu da xatırlayırmış. Ən uzunömürlü insan 13 yaşı olanda üz-üzə gəldiyi holland rəssam haqqında yüksək fikir söyləməyib. Kalman Van Qoqu pinti, pis geyinən və mehriban olmayan insan kimi xarakterizə edib.

Kalman çox da sağlam həyat tərzinə üstünlük verməyib. Fransız qadın nə siqaretdən uzaq dayanıb, nə də spirtli içkilərdən. Onun pis vərdişlərlə belə uzun ömür sürməsi çox təəccüblüdür.

Uzunömürlülərin siyahısındakı ilk 20 yeri qadınlar tutur. Qadınların kişilərdən daha çox yaşaması sirr deyil. Siyahıdakı 21-ci Dziroemon Kimura 116 il 54 gün yaşayıb. Ən uzunömürlü kişi 8 ildir həyatda yoxdur.

Kimura həyatının 45 ilini Kamiukava şəhərindəki poçt şöbəsində işə həsr edib. 90 yaşından sonra ayaqlarının zəifləməsindən şikayət edib. Həyat yoldaşını itirəndən sonra 35 il tək yaşayıb.

Uzun müddət azərbaycanlı Şirəli Müslümovun tarixin ən uzunömürlü insanı olması iddia edilib. Həmvətənimiz olsa da, iddianın doğruluğuna inanmağa dəyməz. Onun 168 il yaşadığı iddia olunur. Şirəli Müslümovun ölümündən 32 il əvvəl qızı dünyaya gəlib. Lerikli uzunömürlünün həmin yaşda ata olması heç inandırıcı görünmür.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 07 dekabr, 2021-ci il – Kimin səmimi olduğu aydınlaşacaq
››› Tofiq Yaqublu: “Başımdan torbanı çıxartdılar, şəklimi çəkdilər, kiməsə göndərdilər”
››› İlin sonunda bürcləri nə gözləyir...
››› Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda - Mən belə ölkənin nəyindən küsüm?..
››› İTV-nin "şəhidin sevgilisi" təqdimatı saxta çıxıb: Hanı üzrxahlıq?..
››› Əzrayıl istefa verib, yerinə Səhiyyəmiz təyin olunub...
››› Kremlə "sürpriz zərbə": Rusiya qırıcıları əvəzinə Türkiyə dronları
Son xəbərlər
Bütün xəbərlər »