Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya əhalisi azala-azala gedir
Rusiya əhalisi azala-azala gedir

Rusiya əhalisi üç ildir azalır. Kreml bundan çox narahatdır. Çünki azalma sürəti artmağa başlayıb. 2021-ci ilin sonuna qədər bu mənada geriləmə 535.5 min nəfər olacaq. 2022-ci ildə də təxminən bu qədər azalma gözlənilir.

Bizimyol.info xəbər verir ki, gələn il Rusiya əhalisinin 533.4 nəfər azalacağı ehtimal olunur. Əslində, rəqəmlər durumun ağırlığını tam göstərə bilmir. Krımın anneksiyası ümumi statistikada geriləməni ört-basdır edib. Buna baxmayaraq, ciddi azalmanı gizlətmək olmur.

2021-i il yanvarın 1-nə olan məlumata görə, Rusiya əhalisi 146.17 milyon nəfərdir. Hökumət hesab edir ki, yaxın gələcəkdə vəziyyəti nisbətən yaxşılaşdırmaq olar. Amma doğumun və miqrasiyanın ümumi durumu xilas etmək gücündə olmadığı ortadadır.

Hadisələrin 2030-cu ilə qədər belə inkişaf edəcəyi gözlənilir. Təxminən 8 il sonra azalmanın dayanacağı proqnozlaşdırılır. Onda Rusiya əhalisi 130 milyon nəfərə enəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »