Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya üzərək sərhədi keçən rusa sığınacaq verməkdən imtina edib
Yaponiya üzərək sərhədi keçən rusa sığınacaq verməkdən imtina edib

Yaponitada yaşamaq üçün əlindən gələn hər şeyi etmiş Rusiya vətəndaşı istəyinə çata bilməyib. Asiya ölkəsi sərhədi üzərək keçən əcnəbiyə sığınacaq vermək istəməyib. Yaponiya onun yaşayış hüququ əldə etmək müraciətinə müsbət cavab verməyib.

Bizimyol.info xəbər verir ki, Vaas Feniks Nokard Kuril adaları qrupuna daxil olan Kunaşirdən üzərək sərhədi keçməyə cəhd etmişdi. O, özünü Hokkaydo adasına yetirmişdi. Nokard hüquq-mühafizə orqanlarının əməkdaşlarını görən kimi Rusiyada həyatına təhlükə olduğunu, buna görə mühacirət qərarı verdiyini demişdi.

Vaas Feniks Nikard İjevsk şəhərində doğulub. Əslində, valideynləri ona başqa ad verib, soyadı fərqli olub. Amma zamanla Nokard Yaponiyaya köçməyi özü üçün hədəf seçib. O, Kunaşirdə torpaq sahəsi alıb, yapon dili kursuna yazılıb. Nokard 2011-ci ildə Yaponiyaya qanuni yolla gəlməyi bacarıb. Amma artıq qaldığından, viza rejimini pozması əsas gətirilərək deportasiya olunub. İndi Yaponiyanın ona sığınacaq vermək istəməməsində əsas arqumentlərdən biri də həmin davranışıdır. Ümumiyyətlə, Asiya ölkəsində Nokardın vətənində təzyiqlə üzləşməsi barədə deidklərinə inanmırlar.

Rusiya vətəndaşı Yaponiya hökumətinin qərarından apellyasiya şikayəti verib. Nokard bu müddətdə deportasiya olunmayacaq. Apellyasiya şikayəti təmin olunmasa, çağırılmayan qonağı Rusiyaya qaytaracaqlar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »