Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyoner 21 il əvvəl törətdiyi cinayətə görə ömürlük həbs cəzası alıb
Milyoner 21 il əvvəl törətdiyi cinayətə görə ömürlük həbs cəzası alıb

Los -Anceles məhkəməsi Amerikalı daşınmaz əmlak maqnatı Robert Durstu 2000-ci ildə yaxın tanışı Susan Bermanın qətlinə görə ömürlük həbs cəzasına məhkum edib.

Bizimyol.info xəbər verir ki, bu barədə oktyabrın 14 -də Los Angeles Times qəzeti məlumat yayıb.

Sentyabr ayında məhkəmə heyəti üç günlük müzakirələrdən sonra Durstu günahkar olması barədə qərar verib. Məlumatda bildirilir ki, Nyu Yorkun mərkəzində bir çox ofis binalarına sahib olan 78 yaşlı maqnat hökm çıxarılarkən heç bir söz deməyib və müdafiə tərəfi də cəzanın yüngülləşdirilməsi üçün vəsatət verməyib.

Bermanın ölümü zamanı Los-Ancelesdə olduğunu uzun müddət inkar edən milyonçu, məhkəmədə ifadə verərək bildirib ki, onu yataq otağının döşəməsində ölü tapıb. Dindirilmə zamanı təqsirləndirilən şəxs qarışıq ifadə verib və sonda cinayəti etiraf edib. O, Bermanın cəsədinin yerini göstərmək üçün yazdığı kağızda "yaxın tanışını öldürdüyünə inanmaq və qəbul etmək çətindir", - deyə qeyd edib .

2015 -ci ildə "Robert Durstun həyatı və ölümləri" sənədli film çəkilişində milyonçu təsadüfən bir neçə cinayəti etiraf etdi.

"Yəni hamısı budur. Artıq tutuldum. Mən nə etdim? Hamısını öldürdüm”, -deyə vanna otağına girərkən üzərindəki mikrofonun açıq olduğunu unudan milyonçu öz-özünə danışaraq törətdiyicinayətləri etiraf edib.

Həmin ilin mart ayında Durst Luiziana ştatının Yeni Orlean şəhərində həbs edilib.

İş adamı 1982 -ci ildə hələ də tapılmayan ilk həyat yoldaşı Ketlin Durstun müəmmalı şəkildə yoxa çıxmasında da şübhəli bilinirdi.

Rayon prokurorunun versiyasına görə, maqnat əvvəlcə arvadını öldürüb, sonra izləri gizlətmək üçün cinayətləri davam etdirmək məcburiyyətində qalıb.

Robert Durstun Nyu -Yorkun mərkəzində bir çox ofis binaları var, sərvəti 100 milyon dollardır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »