Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı nazir düz deyirmiş...
İranlı nazir düz deyirmiş...

Ermənistanla sülhdən danışırıq. Qarabağda tökülüb qalan erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından danışırıq.

Hətta deputat Tural Gəncəliyev bizə erməni dili öyrətməkçün (?!) kurs açır... Amma onlar bizə atəş açır.

Oktyabrın (yox, yox, 2020-ci ilin deyil, 2021-ci ilin oktyabrının) 13-də Rusiyanın "sülhməramlı" (?!) kontingentinin "müvəqqəti" (?!) yerləşdirildiyi ərazidə hələ də qalmaqda olan və Ermənistana bağlı silahlı dəstə Tərtərin Suqovuşan qəsəbəsindən Kəlbəcərə gedən avtomobil karvanımızı atəşə tutub. Xoşbəxtlikdən ölən və ya yaralanan olmayıb. Bu gün isə saat 16.02 radələrində yenə də həmin erməni silahlı dəstələrinə məxsus okan, Füzuli rayonundakı mövqelərimiz üzərində kəşfiyyat aparan pilotsuz uçuş aparatını ordumuzun bölmələri tutaraq yerə endirib. Və 2 saat 13 dəqiqə sonra şıhid vermişik; Ermənistana bağlı qanunsuz silahlı dəstənin snayperçisi əsgərimizə atəş açıb. Əfqan Həmzəyev şəhid olub.

Bəli, biz erməninərə dil kursu açırıq, onlar isə bizə snayperdən atəş açır. Əgər biz qələbə çalmışlqsa, o erməni silahlı dəstələri niyə Qarabağın hər tərəfində qarşımıza çıxır və atəş açır?! Həm də Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirləri Minskdə toplaşıb sülhdən danışdığı zaman...

Bəli, İran xarici işlər naziri düz deyirmiş ki, Azərbaycan ərazisində terrorçular var. Doğrudur. Qarabağda terrorçular var ki, bizə atəş açılır. Onlar Ermənistanın oraya yerlışdirdiyi, Rusiya "sülhməramlıl"arının da himayə etdiyi terror dəstələri var. Soruşursunuz ki, İran hardan bilir?! Qəribə sualdır. Niyə bilməsin?! Bəs maşınlarına Ermənistan nömrəsi yapışdırlb yanacaq daşıdığı terrorçuları İran da tanımayanda kim tanıyacaq?!

Seyid Əhmədli,

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »