Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: ""Taliban" Ankaradan humanitar yardımın davam etməsini istəyib"
Çavuşoğlu: ""Taliban" Ankaradan humanitar yardımın davam etməsini istəyib"

"Taliban" ölkədə birlik və bərabərlik istəsə, Əfqanıstanda hərtərəfli bir hökumət qurmalıdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada "Taliban" hərəkatının nümayəndələri ilə danışıqlardan sonra bildirib.

Nazirin sözlərinə görə, danışıqlar zamanı Türkiyə tərəfi bir daha qızların təhsili və qadınların iş həyatına inteqrasiyası ilə bağlı tövsiyələrini verib.

Türkiyənin baş diplomatı deyib ki, "Taliban" öz növbəsində Ankaradan humanitar yardım göstərməyə və Əfqanıstana sərmayə qoymağa davam etməsini istəyib.

Çavuşoğlu əlavə edib ki, nümayəndə heyətinin üzvləri əfqan qaçqınlara vətənlərinə qayıtmaq istədikləri təqdirdə hər cür dəstək vermək niyyətində olduqlarını ifadə ediblər.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »