Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılır
İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılır

Nazirlər Kabineti icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydasını təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilib ki, icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar yaradılıb.

Məlumat bazası icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılır.

Qəbul edilmiş Qərar icbari tibbi sığorta xidmətlərinin göstərilməsi ilə əlaqədar icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılmasını və istifadə qaydasını, həmin məlumat bazasına informasiya sistemlərinin və resurslarının inteqrasiyasını, məlumat mübadiləsinin təşkilini və məlumatlara buraxılış dərəcəsini tənzimləyir.

Məlumat bazasının əsas istifadə məqsədi icbari tibbi sığorta üzrə xidmətlərin göstərilməsi üçün icbari tibbi sığortanın iştirakçıları barədə zəruri informasiyanın təminatından, icbari tibbi sığorta ilə əlaqədar proseslərin elektron formada idarə edilməsindən ibarətdir.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »