Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi ailəsinə təhvil verilib

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.

Bizimyol.info xəbər verir ki, Goranboy rayon Goranlı kəndi 44 günlük Vətən müharibəsində itkin düşmüş Şəhid Əliyev İxtiyar Aqil oğlunun nəşini böyük izdihamla qarşılayıb.

1 ildən sonra nəşi tapılan şəhidimizin dəfn mərasimində rayon rəhbərliyi, rayon ictimaiyyəti eyni zamanda, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndəliyinin əməkdaşları və Gənc Könüllülər iştirak ediblər.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhidimizə allahdan rəhmət, yaxınlarına səbr diləyirik!

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »