Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dezodorantların xərçəngə səbəb olduğu iddia edilir
Dezodorantların xərçəngə səbəb olduğu iddia edilir

Oksford Universiteti və isveçrəli alimlərin apardığı araşdırmalar zamanı, dezodrorantların süd vəzi xərçənginə səbəb olduğu müəyyən edilib. Mütəxəssislərə görə, dezodorantların tərkibində olan alüminium, ostrogeni təqlid edərək bədən tərəfindən əmilir. Bu da hüceyrələrin pozulmasına və xərçəngə səbəb olur.

Tər qoxusunun qarşısını almaq üçün istifadə edilən dezodorantların, orqanizm üçün zərərli olduğu sübut edildi. Dezodorantların tərkibində, aliminum olduğu və bu aliminumun tər vəzilərini tıxayaraq tər qoxusunu aradan qaldırması hamıya məlumdur. Bu günə qədər aparılan araşdırmalarda isə aliminiumun xərçəngə yol açmadığı qeyd edilirdi. Ancaq bu vəziyyətin reallığı əks etdirmədiyi müəyyən edildi.

Alimlər, hamster hüceyrələri üzərində apardıqları araşdırmalarda aliminiumun bədən tərəfindən əmildiyini müəyyən etdi. Bu da xərçəngə yol açır. Alimlər müəyyən edib ki, 24 saat aliminium duzuna məruz qalan hamster hüceyrələrinin xromosom tərkibi və sayı pozulur. Elm adamlarının "genomik qərarsızlıq" olaraq qəbul etdiyi bu vəziyyət, hüceyrələrin bədxassəli şişinə - xərçəngə səbəb olur. Mütəxəssislər apardıqları bu araşdırma ilə dezodorantların süd vəzisi xərçənginə səbəb olduğunu sübut etdi. Araşdırmanı həyata keçirən mütəxəssislər süd vəzisi xərçənginə yol açan tək kosmetik vasitənin dezodorantlar olmadığını xüsusilə qeyd edir. Belə ki, başda günəşə qarşı kremlər olmaqla, tərkibində aliminium olan bütün məhsullar xərçəngə səbəb olur. Alimlər, bu məhsullardan istifadə edərkən diqqətli olmağı tövsiyyə edirlər.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər