Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aspirinin xeyirləri və zərərləri: Təkrar infarkt riskini azaldır
Aspirinin xeyirləri və zərərləri: Təkrar infarkt riskini azaldır

ABŞ Profilaktik Xidmətlər İşçi Qrupu adlı qurumun məlumatına görə, 60 yaşından böyüklərin hər gün infarkt riskini azaltmaq üçün qəbul etdikləri aspirinin zərəri faydasından çox imiş. Bununla yanaşı, qurum, az miqdar aspirin qəbulunun qalın bağırsaq xərçəngindən ölüm ehtimalını azaltdığı istiqamətdə də yetərli qədər sübut olmadığını bildirib. Qeyd edək ki, həmin qurum, 2016-cı ildə ürək çatışmazlığı və infarkt hallarının azaldılması üçün az miqdarda aspirin istifadə etməyi tövsiyyə etmişdi.

Qurumun tanınan simalarından olan Tufts Universiteti Tibb Mərkəzi həkimi Dr. Con Vonq, yaşı neçə olursa olsun, yaşlıların aspirin qəbul etməyə başlamaq və ya aspirin istifadə etməyi buraxmaq mövzusunda həkimləri ilə məsləhətləşməyi tövsiyə edib.

Asprin daha çox ağrıkəsici kimi istifadə edilir. Qanı durultma xüsusiyyəti, qan laxtalanması riskini azaldır. Az miqdarda belə olsa, aspirin istifadəsinin bəzi riskləri var. Aspirin həzm sistemində qanaxma və ya yaralara səbəb ola bilər.

ABŞ və Avstralyada aparılan araşdırmaya görə, 70 yaşından böyük və heç bir ürək problemi olmayan şəxslər, aspirin qəbul etməməlidir. Araşdırmaya nəticələrinə əsasən, aspirin heç bir fayda vermir və əksinə qanaxmaya səbəb ola bilər. Ancaq infarkt və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün aspirinin faydası var. Aspirin qanı duruldaraq təkrar infarkt keçirmə riskini azaldır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »