Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Analar uşaqlarını niyə atır: Son çarə olaraq azadlığı seçirlər
Analar uşaqlarını niyə atır: Son çarə olaraq azadlığı seçirlər

"Son həftələr ərzində 4 qadın uşaqlarını evdə qoyaraq ailəsini tərk edib".

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz sosial şəbəkə hesabında yazıb. O, qeyd edib ki, atalar uşağa baxa bilmədiklərini və uşaqlarını sığınacağa qoymaq istədiklərini deyirlər.

Analar uşaqlarını qoyaraq ailələrini tərk edib. Gözəl qınaq obyektidir, deyilmi? İndi, sosial şəbəkə qəhrəmanları başlayacaqlar qadınları təhqir etməyə ki, "ana nə olursa olsun, övladını tərk etməməlidir". Qadın övladını qoyub, evi tərk edə bilmək üçün hansı həddə çatmalıdır? Bu sualı da verin özünüzə. Təbii ki, heç bir qadın ailəsinin dağılmasını, övladından ayrı düşməyi arzulamaz, istəməz. Ta o həddə qədər ki, bıçaq sümüyə dirənər. Ya da tam başqa formada: bıçaq boğaza dirənər və ruhunu təslim edəndən sonra uşaqlarını tərk edər...

Qadınlara haqq qazandırmırıq, amma bu qadınların həyat yoldaşları cəmiyyətə bunun səbəbini açıqlamalıdır. "Qadın tərk edib gedib, uşağa baxa bilmirəm, sığınacağa alın"...

Niyə baxa bilmirsən? Bəlkə işləmirsən?

Psixoloq Leyla Zamanova mövzu ilə bağlı Bizimyol.info saytına açıqlamasında bildirib ki, ailə həyatından, yaşayış tərzindən və ya sıxıntılardan yorulmayan heç bir qadın evini tərk etməz:

"Azərbaycan qadını çox güclüdür. Hər xırda problemə görə, evini tərk etməz. Ancaq qadın evə döyüldüyü, söyüldüyü və ya işgəncə gördüyü təqdirdə evini tərk edir. Bu kişilər izahat verməlidir ki, onlar qadına nə edib ki, qadın gedib".

Psixoloq qeyd edir ki, qadınlar o zaman övladlarından imtina etmək qərarını verir ki, seçim qarşısında qalsın. Yəqin ki, kişilər də qadınlar qarşısına seçim qoyub ki, "getsən, uşaqları sənə verməyəcəyəm". Qadınlar da son çarə olaraq azadlığı seçib. Buna görə də həqiqəti bilmədən qadınları günahlandırmaq olmaz. Çünki bəzi kişilər, qadınları yanlarında saxlamaq üçün uşaqları alətə çevirirlər. Qısacası, anaları uşaqlarını onlardan ayıracaqları ilə şantaj edirlər.

"Kişi işləyib evə baxa bilmirsə, qadın evdə özünü qadın kimi hiss etmirsə, geyimi yoxdursa, yeməyi yoxdursa, döyülürsə, qayğı, sevgi görmürsə, getməyi seçir. Getmək istəyən qadını heç bir qüvvə saxlaya bilməz. Əgər ailədə uşaqlar azyaşlıdırsa, qadın bilir ki, onsuz da azyaşlı uşaqlar anaya verilir. Əslində, bəzən ailəsinə dəyər verməyən kişiləri, belə cəzalandırmaq lazımdır" - deyə psixoloq bildirib.

Psixoloq əlavə edib ki, ataların sığınacağa müraciət etməyi ailənin necə ailə olduğunu sübut edir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »