Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçdə azərbaycanlı küçə atışmasının qurbanı olub
İsveçdə azərbaycanlı küçə atışmasının qurbanı olub

İsveçdə yaşayan azərbaycanlıların sosial şəbəkələrdə yazdıqlarını oxuyanda belə qənaətə gəlmək olar ki, Skandinaviya ölkəsində düşündüyümüz qədər əmin-amanlıq hökm sürmür. Xüsusilə Stokholmun təhlükəsiz yer olmadığı yazılır. Məhz İsveçin paytaxtında azərbaycanlı küçə atışmasının qurbanı olub.

Bizimyol.info xəbər verir ki, 1978-ci ildə Qubadlıda doğulmuş Ramin adlı şəxsin qəfil güllədən həyatını itirdiyi bildirilir. İsveç mətbuatı hadisə barədə yazı hazırlayıb. Burada azərbaycanlıdan geniş söz açılmır. Əsas diqqət ağır güllə yarası almış 16 yaşlı yeniyetməyə yönəldilib. Yeniyetmə futbol məşqindən gələndə şəhərin Farsta səmtində qəfil gülləyə tuş gəlib. Yazılarda orta yaşlı kişinin başında aldığı güllə yarasından həyatını itirdiyi qeyd olunub. Söhbət 2008-ci ildən İsveçdə yaşayan Ramindən gedir. Ona ümumilikdə 6 güllə dəydiyi yazılıb.

Mətbuatda həyatını itirən iki şəxsin küçə atışmasıyla nə dərəcədə əlaqəli olması müzakirəyə çıxarılıb. Jurnalistlərdə söhbətləşən 35 yaşlı Yohanna ölənlərin dinc sakin olduğuna əmindir. Onun sözlərinə görə, Farsta səmtində son illər ara çox qarışır. Ayrı-ayrı qruplaşmalar bir-biri ilə haqq-hesab çəkir. Yohanna deyib ki, hələ fevralda güllələrdən biri onun qapısına dəyib. Qadın yaxınlıqdakı meydanda açıq-aşkar narkotik alveri getdiyini bildirib. Yeniyetmə Yohannaya yaxın yaşayırmış. Amma qadın onu əvvəllər tanımayıb.

Yohanna jurnalistlərdən onun fotosunu qəzetdə yerləşdirməməyi xahiş edib. O, soyadını da söyləmək istəməyib. Qadın cinayətkar qruplaşmaların hədəfinə çevrilməkdən qorxur. Farsta sakini hətta buradan köçməyi düşünür.

İsveçli azərbaycanlıların yazdığına görə, Raminin yaxınlarına onun ölümü barədə xəbər verilib. Azərbaycanlı İsveçdə əmək vizasıyla yaşayırmış. Skandinaviyaya gələndən bir müddət sonra həyat yoldaşından ayrılıb. İsveç tezliklə adını iki uşaqla ölkədən deportasiya edib.

Raminin heç vaxt kriminal aləmlə əlaqəsi olmadığı bildirilir. İsveçli azərbaycanlılar dinc sakinlərin belə atışmalardan az əziyyət çəkmədiyini yazır. İsveç qanunlarının loyallığı asayişin kobud şəkildə pozulmasına xidmət edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »