Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ailədə və digər münasibətlərdə aldatma varsa, sevgi bitmiş sayılır"
"Ailədə və digər münasibətlərdə aldatma varsa, sevgi bitmiş sayılır"

Aldadılma, həyatınızda dəyişiklik edər. Bəlkə evliliyiniz bitər, bəlkə əvvəlkindən daha da yaxşı olar. Ancaq "ayrılımmı, barışımmı" qərarını verməyə tələsməyin. Unutmayın ki, əgər aldadılmısınızsa, bu davam edəcək. Çünki sizi aldadan insanın seçimi siz deyilsiniz. O, sizi aldatdığı insanı seçib əslində. Əgər onlar arasında uzunmüddətli münasibətlər varsa, siz artıqsınız. Əgər hər şeyi qəbul edib, ailənizi qorumağı düşünürsünüzsə, təkrar aldadılmağı da qəbul edin.

Qadınlar çox zaman həyat yoldaşlarının telefonlarına baxar, sosial hesablarını gözdən keçirər, hardasa onları aldadıb-aldatmadığına dair bir element axtararlar. Mütəxəssislərin fikrincə, bu vəziyyət, qadının özünə inamsızlığından irəli gəlir. Bəzi qadınlar, xarici görünüşlərindən və xarakterlərindən əmin olmadıqları üçün həyat yoldaşlarını, sevgililərini itirməkdən qorxarlar. Bu, heç də həmin qadının ərini və ya sevgilisini sevməsi ilə əlaqəli deyil. Sevən qadın həyat yoldaşını, sevgilisini rahat buraxar. Əgər bir kişi sizə xəyanət edərsə, deməli, xəyanət etdiyi qadın hansısa cəhətinə görə sizdən üstündür. Onu da qeyd edək ki, xəyanət deyildiyi zaman bir günlük və ya qısa müddətli tanışlıqla yaranan münasibətlər nəzərdə tutulmur.

Kişilər, həyat yoldaşından başqa uzun müddətli münasibətlərə yelkən açırsa, bu artıq ailənin bitməsi anlamına gəlir. Bəli, kişi ikili münasibət yaşamağa başlayıbsa, ya siz buna göz yummalısınız, ya da ayrılmalısınız. Sizi aldadan bir insanla yenidən eyni yastığa baş qoymağı necə özünüzə qəbul edə bilirsiniz? Əgər bir kişini itirmək istəmirsinizsə, dediyiniz qədər sevirsinizsə, onun bütün davranışlarına göz yummağı da öyrəcənəksiniz. Kişinin xəyanətini üzünə çırpdıqdan sonra yenidən eyni yatağı və eyni evi paylaşmaq sadəcə qürursuzluqdur. Bəli, siz onun bütün hərəkətlərini nəzarət altına alacaqsınız. Düşünəcəksiniz ki, o, daha xəyanət etməz, məni itirməkdən qorxar. Xeyr. Əslində, o, sizi deyil, ailə ortamını itirməkdən qorxur. Aldadan kişilər həyat yoldaşları ilə münasibətləri monoton olan, ancaq uşaq və kənar baxışlar xatirinə ailələrini dağıtmayan kişilərdir.

Psixoloq Heksterin fikrincə, ailədə və digər münasibətlərdə aldatma varsa, sevgi bitmiş sayılır. Kişi, bu münaisbətdən və bu ailədən getmirsə, ailə mühitini itirmək istəmir. "Əgər bir kişinin övladları varsa, onları itirməmək üçün ailəsinin dağılmamasını arzulayır"...

"Əgər həyat yoldaşınızın aldatdığını düşünürsünüzsə və ayrılmayacaqsınızsa, üzərinə getməyin. Bu, sizin gözdən düşməyiniz deməkdir. Siz kişinin xəyanətini bağışlayıb, eyni süfrə arxasında oturan zaman və yaxud yataqda o sizi sevdiyini dilinə gətirsə belə, sizin onu sevdiyiniz üçün deyil, nəyinsə naminə bağışladığınızı düşünəcək. Unutmayın, xəyanət edən kişi yenə edəcək. Bəlkə o qadınla deyil, başqası ilə mütləq edəcək. Çünki artıq o kişi bağışlanacağını bilir, çünki o kişi sizin bir qədər də qürursuzluğunu kəşf edib. Odur ki, xəyanət edirsə göz yumun və rahatlıq verin. Ən azından qürursuz olduğunuzu hiss etdirməyin",- deyir mütəxəssislər.

Qadına xəyanət edilirsə, səbəbini özündə də axtarmalıdır qadın. Bəzən qadın özü, kişini xəyanətə yönləndirir. Davranışları, danışığı və ya xarakteri ilə...

İlahin, Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »