Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Dövlət Agentliyinə 3.3 milyon manat pul ayırıb
Prezident Dövlət Agentliyinə 3.3 milyon manat pul ayırıb

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Sərəncama əsasən Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Sərəncamdan irəli gələn məsələlərin həlli Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə tapşırılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »