Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 5 nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün qəzadan sonra ilk sözləri…
Bakıda 5 nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün qəzadan sonra ilk sözləri…

Dünən səhər saatlarında Bakıda sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının sürücüsü saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Bakı DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli televiziya kanallarından birində canlı yayımda iştirakı zamanı 19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına dediyi ilk sözü dilə gətirib. O bildirib ki, qəzaya səbəb olan 99 DH 343 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü, Qobustan sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu saxlanılan zaman polisə ilk sözü, “yuxulu olmuşam” olub.

Qeyd edək ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə, avtobus da aşıb.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »