Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyada Azərbaycanın istifadə etdiyi raketlərin bənzəri peyda olub
Şimali Koreyada Azərbaycanın istifadə etdiyi raketlərin bənzəri peyda olub

Şimali Koreya lideri Kim Çen In yenə ictimaiyyət arasında çox görünməyə başlayıb. O, xüsusi təyinatlı əsgərlərin hazırladığı proqramı izləyib. Kim Çen In ABŞ-ı ittiham etməyi unutmayıb. Ölkə liderinin fikrincə, Vaşinqton Şimali Koreyanın Cənubi Koreya ilə münasibətlərini korlamaqla məşğuldur.

Bizimyol.info xəbər verir ki, yayılan görüntülərdə İsrailin “Spike NLOS” raketlərinin bənzəri nəzərə çarpıb. Hərbi şərhçi bunu Şimali Koreyanın yeni silahı kimi təqdim edib. Görüntülərdə raketin modelini seçmək olmur. Sursatın normal aerodinamik konfiqurasiyaya uyğun olaraq yarımkürə forması olduğu görünür. “Spike NLOS” kimi Şimali Koreyanın istehsal etdiyini bildirdiyi raketlərdə də gövdənin ortasında “x” şəkilli qanadlar və quyruq hissəsində sükanlar diqqət çəkir.

“Spike NLOS” (non-line of sight) görmə zonasından uzaq olan obyektləri vurmaq üçün hazırlanıb. Raketin hərəkət radiusu 25 kilometrə çatır. Silahın çəkisinin 71 kiloqram olduğu məlumdur.

“Spike NLOS” bizim üçün yad sursat deyil. Azərbaycan İkinci Qarabağ Müharibəsində bu silahdan istifadə etmişdi. Hətta sentyabrda Azərbaycan Müdafiə Nazirliyi "Spike NLOS" raketlərinin Qarabağda döyüş şəraitində istifadəsi ilə bağlı görüntülər yaymışdı. Videoda raketin hücum şəraitində hərəkəti əksini tapmışdı. İkinci Qarabağ Müharibəsində Azərbaycanın 2700 ədəd “Spike NLOS” əldə etdiyi bildirilirdi.

“Spike NLOS” raketlərinin istehsalına ötən əsrin 90-cı illərində İsraildə “Rafael” adlı konsern başlamışdı. İsrail Müdafiə Nazirliyi bir çox forumlarda bu raketləri fəxrlə təqdim edib. Silahdan bu ölkədən sonra sonra ən çox Azərbaycanın istifadə etdiyi məlumat verilir. 2011-ci ildə Cənubi Koreya bu raketdən 67 ədəd almaq üçün 43 milyon dollarından keçmişdi. Bu mənada Şimali Koreyanın bənzər silahı nümayiş etdirməsi təsadüf sayılmamalıdır. Görünür, KXDR modelin surətini hazırlamaq qərarına gəlib. Şimali Koreya üçün belə addımlar həm də bölgədə güc nümayişidir.

Amma Şimali Koreyanın nümayiş etdirdiyi raketlərin döyüş şəraitində effekti hələ tam aydın deyil.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »