Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Londonda sürücülərə “Squid Game” xəbərdarlığı
Londonda sürücülərə “Squid Game” xəbərdarlığı

İngiltərənin paytaxtı Londonda, Cənubi Koreya istehsalı olan “Squid Game” serialından bəhs edən yol nişanı polisi hərəkətə keçirib.

Bizimyol.info xəbər verir ki, Netflix -in "Squid Game" televiziya serialına aid olan işarə, Berkshire əyalətinin Slough şəhəri yaxınlığındakı bir yol kəsişməsində meydana gəlib. İşarədə, “Squid Game”dəkı zabitləri təmsil edən dairə, kvadrat və üçbucaq simvolları görünür.

Bunun ardınca polisi dərhal açıqlama yayaraq, işarəni onların quraşdırmadıqlarını söyləyib və rəsmi “Twitter” hesblarında paylaşım ediblər.

"Təsdiq edə bilərik ki, 5 M4 qovşağında olan bu işarədən sonra sizi məşhur Netflix seriyası Squid Oyununa aparmayacaq. Bu, yalnız yol işləri zamanı dönüşlərin olduğu istiqamətləri göstərir”,-deyə paylaşımda qeyd edilib.

Buna baxmayaraq lövhə qısa müddətdə sosial mediada qızğın müzakirə mövzusuna çevrilib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »