Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkoloji Dispanserə yerləşdirilən yazıçı ilə bağlı açıqlama
Narkoloji Dispanserə yerləşdirilən yazıçı ilə bağlı açıqlama

Maştağadakı Respublika Narkoloji Dispanserinə yerləşdirilən yazıçı Kəramət Böyükçöllün müalicəsi mərkəzin baş direktoru Orxan Cəfərovun nəzarətinə götürülüb.

Bu barədə Respublika Narkoloji Mərkəzindən Bizimyol.info-ya məlumat verilib. Məlumata əsasən, Kəramət Böyükçölün müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir və əhəmiyyətli irəliləyiş əldə edilib.

“Kəramət Böyükçöl valideynləri ilə mütamədi olaraq telefon vasitəsilə əlaqə saxlayır. Həmçinin mərkəzin əməkdaşları pasiyentin səhhəti ilə bağlı onun valideynlərini mütamədi olaraq məlumatlandırırlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin Operativ Qərargahın müvafiq qərarına əsasən, COVID-19 pandemiyası ilə əlaqədar tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti məhdudlaşdırılıb”,- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, son günlər sosial şəbəkədə canlı yayımlar açaraq, içkili vəziyyətdə təhqiramiz ifadələr işlədən yazıçı Kəramət Böyükçöl oktyabrın 7-də Maştağadakı Respublika Narkoloji Dispanserə yerləşdirilib. Onun Narkoloji Dispanserə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparıldığı bildirilir.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »