Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır
Rusiya üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır

“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, habelə 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının bütün müddəalarının sözsüz yerinə yetirilməsinin tərəfdarıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinqdə deyib.

“Biz hesab edirik ki, bununla Bakı və İrəvan arasında qarşılıqlı münasibətlərin, o cümlədən ikitərəfli mürəkkəb məsələlərin normallaşması üçün mühüm imkanlar yaranacaq”, - deyə M. Zaxarova əlavə edib.

O, Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin oktyabrın 13-də Moskvada keçirilmiş görüşünə də toxunub, bunu problemlərin aradan qaldırılması, etimad mühitinin yaradılması, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması baxımından unikal format adlandırıb.(apa)

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »