Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşı 12 min ili keçən tütün qalıqları tapılıb
Yaşı 12 min ili keçən tütün qalıqları tapılıb

İndiyə qədər insanların təxminən 3-4 min il əvvəl tütün istifadə etdiyi düşünülürdü. Çünki arxeoloji qazıntılar uzağı 3.3 min ilə aid nümunələr ortaya çıxarmışdı. Amma indi tütünün tarixinin xeyli əvvələ gedib çıxdığını əminliklə demək olur.

Bizimyol.info xəbər verir ki, ABŞ-da yaşı 12 minin ilə keçən tütün qalıqları tapılıb. Yuta ştatında Böyük Duz gölü ətrafında arxeoloji nümunə aşkar edilib. Arxeoloqların ehtimalına görə, 12 min 300 il əvvəl ovçular göl sahilində tütün çəkirmiş.

Qalıqlar ocaq kənarında aşkar olunub. Burada ördək sümükləri, daş alətlər də tapılıb. Ocaq kənarındakı ox ucluğu xüsusi diqqət çəkir. Çünki əşyanın üzərində qan qalıqları nəzərə çarpır. Qazıntılarda iştirak edən elm adamlarından Daron Dyuk deyib ki, insanlar düşündüyündən də xeyli əvvəl tüstünün təsirini müəyyən ediblər.

Tütün dünyaya məhz Amerikadan yayılıb. Avropalılar 15-ci əsrdə orada müstəmləkə siyasətinə başlayandan planetin başqa hissələrində də bu məhsuldan xəbər tutublar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »