Tovuz rayonunun Qovlar kəndində bir nəfər sərxoş vəziyyətdə şəhidlər haqqında nalayiq ifadələr işlədib. Bundan qəzəblənən bir qrup onu qəbiristanlığa gətirib diz çökərək üzr istəməsini və Şəhidlərin qəbir daşını öpməsini tələb ediblər.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan həmin video görüntülərlə bağlı Tovuz Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.