Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serj Sarkisyanın kürəyini yerə vuran azərbaycanlı – Foto
Serj Sarkisyanın kürəyini yerə vuran azərbaycanlı – Foto

Yaşar Qarayev, Respublikanın əməkdar müəllimi və qabaqcıl maarif xadimidir. Bununla yanaşı o, həm də keçmiş ermənistan prezidenti Serj Sarkisyanın çiynini yerə vuran insandır.

İstədik, bu hadisənin necə və nə zaman baş verdiyini Yaşar müəllimin öz dilindən öyrənək:

Yaşar Qarayev, Serj Sarkisyanın çiynini yerə vuran azərbaycanlı Yaşar Qarayev

- Salam, Yaşar müəllim. Zəhmət olmasa, əvvəlcə özünüzü oxuculara təqdim edin.

- Salam. Mən, 1953-cü ildə Ağsu rayonunun Bico kəndində dünyaya göz açmışam. 1971-ci ildə Lenin adın APİ-nin Tarix fakültəsinə daxil olmuşam.

- Serj Sarkisyanla güləşiniz nə zaman və harada olub?

- Elə bu hadisə də universitet illəri zamanı baş verib. Universitet illərində bədən tərbiyyəsi müəllimim Əziz, güləş müəllimim isə Göyüş müəllim idi. Təxminən 72-73-cü illərdə güləş üzrə yarış keçirilirdi. Müəllimim məni həmin yarışa yazdırmışdı.

- Rinqə çıxanda nə baş verdi? Qarşınızda kim var idi?

- Rinqə çıxanda müəllimim mənə tapşırdı ki, onu məhv edərsən. Rinqə çıxdım və qarşımda Xankəndidən olan bir oğlan - Serj Sarkisyan var idi.

- Rəqibiniz güclü idi?

- Rinqə təzə çıxmışdıq ki, onu çiynimə qaldırıb yerə sərdim. Necə yıxdımsa, yerindən qalxa bilmədi. Onun tərəfdarları bunu görəndə etiraz etməyə başladılar.

- Bu hadisə baş verən zaman neçə yaşınız var idi?

- Həmin vaxt hardasa, 20 yaşım var idi.

- Güləşlə nə zamandan məşğul olurdunuz?

- Bizim kənddə tarixən güləş olub. Toylarda Cəngi, Koroğlu çalınıb, gənclər, cavanlar bir-biri ilə güləşib. Yəni, güləş dədə-babadan qalma bir sənətdir. Ona görə də, mən universitetə girəndə artıq hazırlıqlı idim. Çünki 14-15 yaşından kənddə güləşmişdim.

- Həmin vaxtlar Ermənistan-Azərbaycan münaşiqəsi yox idi. Bəs rəqibə qarşı kin sizdə hardan idi?

- Bizim kəndimiz Ağsu rayonunun Bico kəndidir. Mən dədəmdən, babamdan, ağsaqqallardan eşitmişdim ki, 1918-ci ildə onların nəfərlik silahlı dəstəsi bizim kəndə basqın edib və həmin vaxt Bicolular, onların hamısını cəhənnəmə göndərib. Bizdə onlara qarşı həmişə nifrət olub.

- Bu yarışdan sonra nə vaxtsa Serj Sarkisyanla qarşılaşmısınızmı?

- Həmin hadisədən sonra bir daha qarşılaşmadıq.

- Bəs Serj Sarkisyan Ermənistan prezidenti seçiləndə necə bildiniz ki, həmin güləşdiyiniz adamdır?

- O, prezident seçiləndə bütün universitetdən tanıdığım insanlar məni yığırdı. Deyirdilər ki, həmin Sarkisyandır. Hətta qonşu kənddə mənimlə eyni vaxtda oxuyan müəllim var, hər dəfə deyirdi ki, bunu danış, dərc etsinlər.

- Bəs niyə indiyə kimi bu barədə danışmamısınız?

- Bu barədə bir neçə dəfə açıqlamalar vermişəm, amma saytlar və qəzetlər yazmaqdan qorxublar.

- İndi neçə yaşınız var? Serj Sarkisyanı indi efirdən görəndə hansı hissləri keçirirsiniz?

- Hazırda 68 yaşım var. Hər dəfə onu efirdə görəndə özümlə qürur duyuram ki, bu insanı illər əvvəl məğlub etmişəm.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »