Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aeroport yolundakı dəhşətli qəzanın baş vermə anı - Video
Aeroport yolundakı dəhşətli qəzanın baş vermə anı - Video

Otyabrın 13-də Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin baş vermə anının görüntüləri yayılıb.

Görüntülərdən görünür ki, Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili yərəkət sürətini azaldaraq dayanacağa girən 171 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

İlkin ehtimala görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »