Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin 2024-cü il prezident seçkiləri ilə bağlı mövqeyi...
Putinin 2024-cü il prezident seçkiləri ilə bağlı mövqeyi...

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Kremlin saytında dərc olunan NBC-yə müsahibəsində danışıb.

"Bəli, konstitusiya bunu etməyə, növbəti müddətə namizəd olmağa icazə verir, lakin bu məsələ ilə bağlı hələ qərar verilməyib", - deyə prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, bu mövzuda vaxtından əvvəl danışmaq ölkə daxilində sabitliyi pozar.

Putin deyib ki, dövlət başçısının dəyişməsi ilə ​​Rusiya dağılmayacaq.

Prezident bildirib ki, onu əvəz edəcək adam gərək "bütün həyatı ilə ölkəsini sevsin, bu yolda canını qurban verməyə hazır olmağı bacaran biri olsun".

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »