Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda daha bir qadın qətlinin təfərrüatları: çöllükdə boğazını kəsib…
Bakıda daha bir qadın qətlinin təfərrüatları: çöllükdə boğazını kəsib…

Bakıda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun məhkəməsi başlayıb. O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə araşdırılır. Oktyabrın 13-də keçirilən məhkəmə iclasında həm Ramil Rəhmanov özü, həm də keçmiş qayınanası ifadə verib.

Dindirmələr zamanı məlum olub ki, Ramil Rəhmanovla Svetlana Məmmədovanın evliliyi hər ikisinin ikinci nikahı olub. Amma onlar qısa müddət sonra boşanıblar.

Cinayət işinin materiallarında göstərilib ki, bu ilin iyununda hadisə baş verən gün Ramil Svetlananın “BMW” markalı maşına minib getdiyini görüb. Onları izləməyə çalışsa da, bir qədər sonra gözündən yayınıblar. Bundan sonra keçmiş həyat yoldaşını öldürmək qərarına gəlib. Bu məqsədlə Zabrat qəsəbəsində onun yaşadığı evə gedib, Svetlana Məmmədovanı məsələləri aydınlaşdırmaq adıyla çöllük əraziyə aparıb. Orada isə bıçaqla boğazından vurmaqla öldürüb.

Ramil Rəhmanov məhkəmədə ifadəsində iddia edib ki, keçmiş həyat yoldaşını xəyanətə görə qətlə yetirib: “Bundan əvvəl də 3-4 dəfə elə hərəkətləri olmuşdu. Amma mən bağışlamışdım. Daha doğrusu, and içmişdi ki, elə deyil, mən də inanıb, onun üçün keçmişdim”.

Ramil Rəhmanov hadisəni törədəndən sonra özü könüllü şəkildə polisə məlumat verərək, təslim olub.

Cinayət işi üzrə zərərçəkmişin hüquqi varisi qismində Svetlana Məmmədovanın qardaşı tanınıb. Lakin o, məhkəməyə məktub göndərib ki, məhkəməyə gəlmək istəmir, ona görə də hüquqi varis qismində başqasının tanınmasını istəyir.

Anası Həcər Məmmədova məhkəmədə bildirib ki, oğlu bacısının qatili ilə üz-üzə gəlmək istəmir. Bu səbəbdən oğlunun əvəzinə, özünün hüquqi varis qismində tanınmasını istəyib. Məhkəmə onun müraciətini qəbul edib.

Həcər Məmmədova ifadəsində bildirib ki, Ramil Rəhmanovun xəyanət haqqında söylədikləri yalandır, qızı heç bir günahı olmadan öldürülüb: “Mənim qızım bələdiyyədə işləyirdi, bu adam da lazım olanda taksi sürücüsü kimi aparıb-gətirirdi. Qızım deyəndə ki, ona evlilik təklif edib, biz razı olmadıq. Çünki o, mənim qızımın tayı deyildi”.

Həcər Məmmədova əlavə edib ki, hadisə günü Svetlananın mindiyi avtomobil öz xalası oğlunun maşını olub.

O, ifadəsinin sonunda Ramil Rəhmanova ən ağır cəza verilməsini istəyib.

Məhkəmə araşdırmaları davam edir.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »