Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa mediası Lahıcdan reportaj hazırlayıb - Video
Avropa mediası Lahıcdan reportaj hazırlayıb - Video

Lahıc Azərbaycanın qədim yaşayış məskənlərindən sayılır. Qəsəbə 200-300 il əvvəl bu torpaqların miskərlik və silah istehsalı mərkəzlərindən olub. Ənənələrin indi də davam etdirildiyini demək mümkündür.

Bizimyol.info xəbər verir ki, Avropa mediasında yer alan növbəti reportajda Lahıcdan danışılıb. Qəsəbə sənətkarlar məkanı kimi təqdim olunub. Buralarda dəri emalı və xalçaçılğın məşhur olduğu qeyd edilib. Amma bildirilib ki, Lahıcda miskərlik daha populyardır.

Avropalı jurnalistlər əvvəlcə Kəbleyi Əliyevin emalatxanasına baş çəkiblər. Lahıclı sənətkar bu yerin əsasının 1725-ci ildə qoyulduğunu deyib: “Az qalır 300 il olsun. Mənim artıq 50 yaşım var. Mənim uşaqlarım bu işlə məşğul olan səkkizinci nəsildir”.

Reportajda deyilir ki, mis emalı metallurgiyanın ən qədim formasıdır. Müxtəlif növ mis qabların ənənələri və naxışları min illər əvvələ gedib çıxır. Lahıcda misin işlənməsi üsulları son əsrlərdə çox az dəyişib. Yəni yerli misgərlər ənənələrə sadiq qalır. Onlar hələ də çəkiclə işləyirlər. Misgərlər köhnə üsullarla yaxşı nümunələr ortaya qoyurlar.

Lahıcın tanınmış naxışvuran ustalarından olan Hacı Əliyev hər qaba həssas yanaşdığını bildirib. O, eyni naxışı bütün qablara vurmadığını deyib. Hacı Əliyev daş yonmaq üçün xüsusi qələmdən başqa heç bir alətdən istifadə etmir: “Hətta karandaşla da işləmirəm. Bütün naxışları təsəvvürümdə canlandırıram”.

Reportajda Lahıc məhsullarının hətta Luvr muzeyinə qədər gedib çıxdığı qeyd olunub. Bunu Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Əliyeva da təsdiq edib. Onun sözlərinə görə, qəsəbədə hələ 11-ci əsrdə sənətkarlıqla məşğul olublar: “Min il əvvəl burada qablar hazırlayırlarmış. Arxeoloqlar qəsəbənin müxtəlif yerlərində mis pullar tapıblar. Məlumdur ki, 1923-cü ildə Lahıcda 200 misgər yaşayırmış”.

Sonda 2015-ci ildə Lahıc misgərlik sənətinin UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şedevrləri siyahısına daxil edilməsi vurğulanıb.

Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »