Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı bürclərin nümayəndələri kin saxlayır...
Hansı bürclərin nümayəndələri kin saxlayır...

Bürclər arasında qisasçı, kin saxlayan bürclərin olduğunu bilirdinizmi?

Astroloqlara görə, 12 bürc arasında 5 bürc altında doğulanlar daha qisasçı və kinli olurlar. Onlara edilən pisliyi heç bir zaman unutmur və ilk fürsətdə əvəzini verməyə çalışırlar. Buna görə də, bu bürcdən olan insanlarla ehtiyyatlı davranmağı və incitməməyi tövsiyyə edirik. Bu bürclər hansıdır?

Xərçənglər çox kinli olur. Onların xətrinə dəymək çox asandır. Və istənilən kobudluğu və pisliyi dərindən qəbul edib əzab çəkirlər. Onlar üçün hər şeyi bir kənara buraxıb, həyatı qaldığı yerdən başlamaq asan olmur. Xərçənglər, onlara edilən pislikləri artıqlaması ilə, söyüş və təhqirlərlə geri qaytarmasına baxmayaraq, qısa müddətdə unuda bilmirlər. Bu onları qisas almağa kökləyir. Bəzi xərçənglər, ona zərər verənin arxasınca danışır, bəziləri açıq şəkildə cavab verir, bəziləri isə daha ağır qisas alır.

Qız bürcü altında doğulanlar da onlara dəyən zərəri və pisliyi uzun müddət unutmur. Hər zaman qisas almağa köklənmiş olmasalar da, qisası qiyamətə saxlaya bilirlər. Əgər ona zərər verən adamdan hərhansı asılılığı varsa və ya ondan gələcəkdə hansısa bir vəziyyətdə istifadə edə biləcəksə, Qız bürcü nümayəndələri susmağa üstünlük verir. Səbr edir və doğru zamanı gözləyir. Ancaq unutmayın, Qız bürcündə doğulan insanlar dərhal sizdən intiqam almasa da, bu onun sizi bağışladığı mənasına da gəlmir. Hər an onun sizə qarşı olan münasibəti dəyişə bilər.

Əqrəblər isə, qisasa qisasla cavab verməyi sevir. Bu bürc altında doğulanlar onlara zərər verən insanlardan qisas almaq üçün bəzən illərlə belə gözləyə bilir. Ona edilən pisliyi unutmayan Əqrəb zərərverən şəxsi hər dəfə gördüyü zaman həmin zərəri, pisliyi anbaan xatırlayır. Əqrəblər heç bir zaman bağışlamır.

Oğlaqlar da onlara edilən pislikləri unutmur. Amma bir Oğlağın düşməni ola bilmək üçün ona böyük zərər vermək lazımdır. Təhqir və təhdidləri heç bir zaman unutmayan Oğlaqlar, ona zərər verənə belə dərs üçün minnəttar olmaqla yanaşı, əvəzini də daha qəddar şəkildə çıxırlar.

Balıqlar da onlara edilən pisliyi unutmur. Sadəcə olaraq konfliktlərdən qaçan bu bürc altında doğulan insanlar, onlara pislik edən şəxsləri həyatlarından birdəfəlik silirlər. Bəzən onlara edilən pislikləri yada salıb kədərlənir, hətta şikayətlənirlər də. Bağışlamırlar.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› Yas içindəykən... etiraz
Son xəbərlər
Bütün xəbərlər »