Qadın ürəyi, qadın düşüncələri kişilərdən fərqlidir. Bəzən səni dəlicəsinə sevənə əhəmiyyət vermir, sənə önəm verməyən birinin - sadəcə boşluğunda səni axtaranın ardınca qaçırsan illərlə. Onu arzulayırsan, onunla xəyallar qurursan.
Mütəxəssislərə görə, belə laqeyd kişiləri də özünə aşiq etmək olurmuş. Qədim dövrlərdə qadınlar belə düşünürmüş ki, kişini flirt etməklə qazanmaq mümkündür. Bu gün isə mütəxəssislər kişilərin hissləri ilə oynayaraq onları aşiq etməyin yollarını göstərir. Necə? Bəzi qadınlar incə gülüşlər, toxunma və baxışlarla kişiyə onu arzuladıqlarını hiss etdirə bilir. Bundan başqa ona narahatlıq və gərginlik yaratmaq da sizə qarşı hiss yarada bilər.
- Onu irəli baxmağa məcbur edin.
Münaisbətlərdə təkcə kişilər aktiv rol oynamır. Əgər siz münasibətinizi dərinləşdirmək istəyirsinizsə, ona gərginlik verin. Bəzən münasibətlərinizdəki məmnunluğu gərginlik daha da artıra bilər. Bir kişiylə ünsiyyətə şərait yaradanda, kişinin təxəyyülünə sərbəstlik verirsən, bu da öz növbəsində lazımi intensivliyi yaradır. Ehtiyacların dərhal ödənilməsi də pis deyil, ancaq lazımi miqdarda artan gərginlik onu daha da çox istəməyə vadar edir. İcazə ver, səni izləsin və arzuladığını əldə etməzdən əvvəl beynində bir xəyal qursun.
Münasibətinizdə fərqlilik yaratmağa çalışın. Məsələn; bir neçə günlüyə şəhərdən çıxın. Bu sizə bir müddət ayrı qalma imkanı verəcək. Eyni zamanda bir-birinizə toxuna bilmədən zəng edib mesaj yaza bilərsiniz.
- Sevdiyiniz ətirdən istifadə edin.
Bir qadının ətirində bir çox kişini özünə cəlb edən bir şey var. Cazibədar bir ətir, kişinin başını gicəlləndirib uzun müddət yaddaşında qala bilər. Qadınlar üçün tövsiyyə edilən ətir, vanil və müşk tərkibli olan ətirlərdir. Ancaq ətir çəkmə prosesi də çox cazibədar ola bilər. Ətiri biləyinizə səpin, sonra yavaş-yavaş əlinizi boynunuza və sinənizə sürtün. Bu hərəkət həqiqətən heyranedici ola bilər (Bütün bunları kişinin gözü qarşısında edin)
- Gözləmədiyi mesajı göndərin.
İntim mesajlaşma, bir kişinin sizinlə görüşməyi səbirsizliklə gözləməsinə kömək etmək üçün əla bir yoldur. Günün ortasında və ya nahardan sonra, əslində nələr olduğunu ona bildirmək üçün ona uyğun fotoşəkillərlə birlikdə "şıltaq" mesajlar göndərə bilərsiniz. O anda nə edirsə etsin, sənin haqqında düşüncələrini uzaqlaşdırmaq onun üçün çətin olacaq. Bu, sizinlə görüşəndə azad etmək istədiyi bir cinsi gərginlik yaradır. Unutmayın ki, mesaj lazımsız və vulqar ifadələr olmadan başdan çıxarmalı və işarə etməlidir.
- Ona diqqət ayırın və komplimentlər deyin.
Kişilər, qürurlu varlıqlardır və eqosuna düzgün yanaşma dağları hərəkətə gətirə bilər. Kişiyə göstərdiyiniz diqqətdən daha güclü bir afrodizyak icad edilməmişdir. Birlikdə olduğunuz zaman söylədiklərinə diqqət yetirin, zarafatlarına reaksiya verin və sizinlə maraqlandığınızı görə bilməsi üçün paylaşdığı detalları xatırlayın. Xüsusilə, onun üçün vacib olan şeylər haqqında tərif edin. İdman salonuna gedir? Fitnesindən danışın və fəaliyyəti haqqında soruşun. Musiqiçidirsə, ondan bir ifa etməsini xahiş edin. Onunla maraqlanmağınız daha güclü təsir edəcək.
- Yüngülcə ona toxunun.
- Vücudunuzla danışın.
Bədən dili həm gündəlik, həm də yaxın münasibətlərdə çox vacibdir. Unutmayın ki, kişilərin çoxu hər şeydən əvvəl məlumatı gözləri ilə qəbul edir. Onlara verdiyiniz siqnalları oxuyurlar, necə hərəkət edəcəyinizi başa düşmək üçün jestlərinizə və üz ifadələrinizə güvənirlər.
Bir insana marağınızı göstərməyin ən asan yolu gülümsəməkdir. Söhbət əsnasında vücudunuzun onun istiqamətinə yönəldildiyinə əmin olun, aranızdakı məsafəni bir qədər azaldın və başınızı əyərək onunla ünsiyyətin sizə zövq verdiyini hiss etdirin. Sizinlə danışanda geriyə baxmamağa çalışın. Bu, maraq azlığından xəbər verir və sizinlə daha ciddi münasibət qurmaq istəyini öldürür. Söhbət əsnasında gözlərinizlə təmasda olun, dodaqlarınızı yüngülcə dişləyin və ya içki içərkən əllərinizə toxunun.
- Bir az vizuallıqdan istifadə edin.
- İnsanların arasında gizli şəkildə onunla oynayın.
Məsələn; bir restoranda nahar edərkən, masanın altındakı ayağına toxunaraq oynamağa başlayın. Həddindən artıq etməyin, istiliyi alovlandırmaq üçün bu qədəri belə ona kifayət edəcək. Əlinizi buduna qoyun və ya liftdə ona yaxınlaşın. Bir kişini bədəninizlə ələ salmağın bir çox yolu var, ancaq bunun üçün fürsətin uyğun olduğundan əmin olmalısınız.
- Gözlənilməz bir öpüşlə mükafatlandırın.
- Onu baxışlarınızla uzun-uzadı süzün.
Sözlərlə deyil, gözlərinizlə daha çox şey deyə bilərsiniz. Təxribatçı baxış sənətini öyrənin. Gözlərinə inamla baxın və bunu daha tez-tez etməyə çalışın. Baxışınızda heç bir tələb və ya qeyri-müəyyənlik olmamalıdır. Təsdiqlə və eyni zamanda kifayət qədər qətiyyətlə baxın.
- Nə geyindiyiniz barədə danışın.
- Bir şeyi təsadüfən atmaqla diqqəti üzərinizə çəkin.
- Müstəqil olun.
- Ona toxunma səbəbi verin.
Toxunmaq, bəlkə də kişinizdə istəyi oyatmağın ən təsirli yoludur. Çox inandırıcı səslənmək istəmirsinizsə, onun sizə toxunmasını təmin etmək üçün bir səbəb tapın.
- Əllərinizlə oynayın.
- Saçlarınızı arxaya atın.
Gözəl saçlar, kişiləri valeh edir. Saçlarınızı asanlıqla və təbii şəkildə geri çəkin. Bu anda kişinin gözlərinə baxmaq lazım deyil, bu hərəkətiniz təbii olmalıdır. Bu həddə çatdıqdan sonra isə, bir neçə gün diqqətdən yayının. Geri qayıtdığınızda hər şey tam sizin istədiyiniz kimi olacaq.
İlahin, Bizimyol.info