Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada sərxoş sürücülərə daha ağır cəza - Azərbaycanda vəziyyət necədir...
Rusiyada sərxoş sürücülərə daha ağır cəza - Azərbaycanda vəziyyət necədir...

Rusiyada maşını sərxoş vəziyyətdə sürənlər, ömürlük sürücülük hüququndan məhrum edilə bilər.

Rusiyada sərxoş vəziyyətdə avtomobil idarə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilər, bunu təkrar edən şəxslər isə ömürlük sürücülük hüquqlarından məhrum edilə bilər. Müvafiq qurumlar, noyabrın 1-dək bununla bağlı təkliflər hazırlamalıdır. Bu göstərişi hökumət sədrinin müavini Marat Xusnullin verib.

İndiki qanunvericiliyə əsasən sərxoş sürücülər, bir il yarımdan iki ilədək müddətə hüquqlarından məhrum edilə və 30 min rubl cərimə oluna bilərlər. Eyni zamanda, sərxoş vəziyyətdə avtomobil idarə edərkən təkrar yaxalananlar üçün cinayət məsuliyyəti nəzərdə tutulur. Bu halda, qanunu pozanları 200-300 min rubl cərimə, 480 saata qədər məcburi əmək, iki ilədək məcburi əmək və ya eyni müddətə həbs cəzası gözləyir.

Azərbaycanda avtomobilin sərxoş halda idarə edilməsi, İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə tənzimlənir. Məcəlləyə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, dörd yüz manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Bəzi hallarda sürücüyə 5 bal da yazılır. Eyni hərəkət 1 il müddətində təkrar edildiyi təqdirdə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »