Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dollar bahalaşmaqda davam edir
Türkiyədə dollar bahalaşmaqda davam edir

Türkiyə lirəsi 2021-ci ilin yazından sabitliyi əldən verir. Son aylar bu valyuta yalnız dəyər itirib, geriləyib. Dollar isə Türkiyədə dayanmadan güclənir.

Bizimyol.info xəbər verir ki, oktyabrın 13-də axşam saatlarında ABŞ valyutası birjalarda 9.08 lirə həddinə çatıb.. Bununla da yeni rekord qeydə alınıb. Avro isə Türkiyədə 10.5 lirədən baha təklif olunur.

Hələ ilin əvvəlində qardaş ölkədə milli valyuta ilə bağlı narahatlıqlar var idi. Onda dollar 6 lirədən baha satılmırdı. Amma fevralda ABŞ valyutası 7 həddini keçəndə nikbin proqnozlara inananlar azalmağa başlamışdı.

Dollar oktyabrın 11-də ilk dəfə 9 həddini aşıb. Lirə Tailand batı və Cənubi Koreya vonu ilə birlikdə ciddi dəyər itirən valyutalar sırasında yer alıb. Lakin Türkiyə pulunun xüsusilə ağır günlər yaşadığını demək olar. Mütəxəssislər prosesin davam edəcəyini düşünür. Yəni lirə yenə dəyər itirəcək. Tezliklə Türkiyədə dolların 10 lirəyə satıldığını görəndə təəccüblənmək lazım deyil. Onsuz da aylardır yalnız bədbin proqnozlar özünü doğruldur.

Bəs lirə niyə dayanmadan zəifləyir? Türkiyə valyutası kimi ölkə iqtisadiyyatı da sabit günlərini yaşamır. Lirənin zəifləməsində bu amil vacib rol oynayır. Bununla yanaşı, dolların özlüyündə güclənməsi amilini də nəzərdən qaçırmaq lazım deyil. Məsələn, avro lirəyə nisbətdə dollar qədər güclənmir. Çünki Avropa təbii qaz böhranı yaşayır. Köhnə qitənin qışı necə başa vuracağı sual altındadır. Anbarları təbii qazla tam doldurmaq mümkün olmayıb. Rusiyadan ciddi asılılıq yaranıb. Bu məqamda avronun böyük mənada güclənməsindən söhbət gedə bilməz. ABŞ-ın isə belə problemi yoxdur. Slans qazı Vaşinqtonu ağ günə çıxarır. Dollar da qış günlərində çox güclü görünəcək.

Ümumiyyətlə, 2022-ci ilin yazına qədər avronun ciddi dəyər qazanması gözlənilmir. Lirə üçün də qış çətin keçəcək. Məzənnənin yenə arzuolunmaz istiqamətdə dəyişməsi mümkündür. Əvəzində dollar dəyərini qoruya biləcək.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »