Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova Sankt-Peterburqa səfər edib
Sahibə Qafarova Sankt-Peterburqa səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün oktyabrın 12-də Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Hicran Hüseynova, deputatlardan Pərvin Kərimzadə, Sevinc Fətəliyeva, Ülviyyə Həmzəyeva, Fatma Yıldırım və digər rəsmi şəxslər daxildirlər.

Sankt-Peterburqun “Pulkovo” hava limanında nümayəndə heyətini ölkəmizin Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov, Sankt-Peterburq şəhərinin Xarici Əlaqələr üzrə Komitə sədri Yevgeni Qriqoryev , Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək Forumda Milli Məclis sədrinin çıxışı nəzərdə tutulub. Forumda nümayəndə heyətinin üzvləri tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək, öz fikirlərini açıqlayacaqlar.

Səfər çərçivəsində parlamentin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də gözlənilir. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 14-də başa çatacaq.

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »