Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqpulu tələb edən cəbhəçi məhkəmə qarşısına çıxarılır
Uşaqpulu tələb edən cəbhəçi məhkəmə qarşısına çıxarılır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Aqil Hümmətovun məhkəməsi başlayır. Onun haqqındakı cinayət işi üzrə istintaq tamamlanıb və iş materialları baxılması üçün məhkəməyə göndərilib.

Bizimyol.info xəbər verir ki, cəbhəçinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Aqil Hümmətovu Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası mühakimə edəcək. Bu iş üzrə məhkəmənin ilk iclası oktyabrın 20-nə təyin edilib.

Aqil Hümmətova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AXCP üzvü yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə xəsarət yetirməkdə təqsirləndirilir. Yamən Məmmədov zərərçəkmiş qismində tanınıb.

Aqil Hümmətovun yaxınları isə bu ittihamı rədd edir, onun sosial şəbəkələrdə tənqidi paylaşımlarına, xüsusən vaxtaşırı canlı yayımlar açaraq, uşaqpulu verilməsini tələb etdiyinə görə təxribat nəticəsində həbs olunduğunu bildirir.

Üç azyaşlı uşağı olan Aqil Hümmətov məişət tullantılarını toplayıb, çeşidləyib təhvil verməklə ailəsini dolandırırdı. Həyat yoldaşı Aygün Hümmətova deyir ki, hadisə günü də evdə şam yeməyindən sonra onu zibil atmağa çağırıblar: “Aqilə telefonla zəng eləyib çağırdılar ki, gəlib zibili atsın. Aqil gedib zibil torbalarını götürməyə, orada Yamən Məmmədov özü-özünə bıçaqla yüngül xəsarət yetirib, adını da qoyublar ki, guya Aqil vurdu. Dərhal da polislər gəlib. Bunlar hamısı əvvəldən hazırlanıb. Aqilə xəbərdarlıq eləmişdilər ki, susmasa, sosial şəbəkələrdə çıxışlarını, uşaqpulu tələblərini davam etdirsə, onun üçün yaxşı olmayacaq”.

Daxili İşlər Nazirliyi isə Aygün Hümmətovanın iddialarını təkzib edib, Aqil Hümmətovun konkret cinayət törətdiyinə görə həbs olunduğunu açıqlayıb.

Aqil Hümmətov ötən il uşaqpulu tələbilə canlı yaymlarından sonra məcburi şəkildə Maştağadakı 1 saylı psixiatriya klinikasına yerləşdirilmiş, 3 ay orada saxlanmışdı. Ondan əvvəl isə o, inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt da o, günahsız olduğunu bildirirdi.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »